Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:08

Bakılılar 'Formula-1'dən qazanmağın yollarını axtarır


►“Buyurun, milli və dadlı mətbəximiz sizi gözləyir. Oteldə, ya da kirayə evlərimizdə yerləşmək istəsəniz, yenə bizə müraciət edə bilərsiniz. Bir neçə gündən sonra bu qədim şəhərdə “Formula 1” yarışı keçiriləcək...”

Qutabı, kababı, plovu, “Formula 1”-i, Bakıdakı kirayə evləri yaxınlıqdan ötən turistlərə tanıdan gəncin 18 yaşı ola, ya olmaz.

Özünü təqdim etməsə də deyir ki, bir həftədir bu işə başlayıb. Günə 10-15 manat qazanır. İşi müvəqqətidir, “Formula 1” yarışlarından sonrasa çalışdığı kiçik, milli restoranla sağollaşacaq:

“Müştəri çox olmasa da, işim pis deyil. Pul da qazanıram, restoran iki dəfə yemək də verir”.

İyunun 17-19-da Bakıda keçiriləcək “Formula 1” yarışları, müvəqqəti də olsa, kimlərəsə belə pul qazanmaq imkanı yaradıb.

Kirayə evlərin bir gecəsi 50-60 manatdır

Yarış öncəsi evlərini kirayə verənlərin də sayı artıb. Şəhərdə turist gözə çox dəyməsə də, pul qazanmaq istəyi Bakı sakini Eldar Həbibovu həvəsdən salmır.

Eldar Həbibov: "Həmişə evi 40 manata kirayə verirdim, indi ümid edirəm 50 manata verə biləcəm"
Gözlə

No media source currently available

0:00 0:00:04 0:00
Direct-ə keçid

Deyir ki, devalvasiyadan əvvəl şəhərin mərkəzindəki bir otaqlı evini gündəlik 40 manata kirayə verirmiş. Devalvasiyadan sonra qiyməti 10 manat ucuzlaşdırıb, 30 manat verir. Ancaq indi ürəyindən gündəlik 50 manat keçir:

“Evim də çox yaxşı, hər şəraiti olan evdir, özü də “Formula 1” yarışlarının düz bir addımlığındadır. Günü 50 manata verəcəyəm”.

Evlərin kirayəsi ilə məşğul olan vasitəçi şirkətlər deyir ki, son iki həftə ərzində “Formula 1” yarışlarına görə evini kirayə verənlərin sayı artıb. Güllü Əhmədova ev kirayəsi ilə məşğul olan şirkətin əməkdaşıdır. Deyir, kirayə götürmək istəyənlər çox olmasa da, evlərini təklif edənlər əməlli-başlı artıb:

Ev dəllalı Güllü Əhmədova: Kirayə götürmək istəyənlər çox olmasa da, evlərini təklif edənlər əməlli-başlı artıb
Gözlə

No media source currently available

0:00 0:00:08 0:00
Direct-ə keçid

“Ev sahibləri indi pul qazanmaq istəyirlər. 3-4 otaqlı evlərini günü 200 manata kirayə verənlər də var. Deyim ki, çox yaxşı evlərdir, müştəri isə elə də çox deyil”.

Nusrət İbrahimov
Nusrət İbrahimov

Şəhərin mərkəzində kirayə evlərin 50 faizi boşdur

Bakıdakı əmlak bazarının monitorinqi ilə məşğul olan “NBA LTD” Qiymətləndirmə şirkətinin rəhbəri Nüsrət İbrahimov da deyir ki, kirayə götürənlərin sayı çox deyil:

Nüsrət İbrahimov: "Onsuz da şəhərin mərkəzində kirayə verilən evlərin 50 faizi boşdur"
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00
Direct-ə keçid

“Evlərin kirayəsi ilə bağlı, hələ ki, bir fəallıq yoxdur. Onsuz da şəhərin mərkəzində kirayə verilən evlərin, demək olar ki, 50 faizi boşdur. Qiymətin qalxmasına bir əsas yoxdur. Düzdür, indi gəlməyinə gəlirlər, kirayə tutanlar da var. Ancaq ki, kirayə götürənlərin sayı bazara təsir eləyəcək qədər çox deyil. Kirayə götürməyinə, götürürlər, ancaq kütləvilik yoxdur. Şəhərin mərkəzindəki 2 otaqlı evlər əvvəl aylıq 700-800 manat arasındaydısa, bu gün 500-600 manatdır. Əvvəl 3 otaqlı evlər 1300-1600 manat idi, indi 800-1200 manatdır. Təhülkəsizlik qaydalarına, risklərə görə turistlərin çoxu otellərə üstünlük verir. Otellər də ulduzların sayına, yerinə, xidmət səviyyəsinə görə gecəsi 130-1200 manat arasında dəyişir”.

____________________________________________________________

Bunlara da bax:
Prokuror Qənimət Zahidin qohumlarına ağır cəza istədi
Sovetskidə tarixi binanın üzlüyünü sökməyə başladılar

____________________________________________________________

Dodaq uçuqladan otel qiymətləri

Bakıdakı lüks otellərin qiyməti isə gecəsi 500-600 dollardan başlayır. JW Marriot Baku Hotel 16-20 iyun tarixlərində gecəsi 625 dollardan, Four Seasons Baku Hoteldə və Hilton Baku Hotel 15-20 iyun tarixlərində gecəsi 500 dollardan, Boulevard Baku Hotel yenə həmin tarixlərdə gecəsi 480 dollardan, Park İnn Hotel gecəsi 400 dollardan başlayır. Gecəsi 275 dollardan (Shah Palace Hotel), gecəsi 240 dollardan (Sapphire City Hotel), gecəsi 200 dollar (Qafqaz Baku Sport Hotel) və daha aşağı qiymətə olan otellər də var.

Rusiyalı turist, Bakıya məhz “Formula 1” yarışlarına görə gəlmiş Vadim Morozov deyir ki, uyğun qiymətə otel çox axtarıb. Nəhayət, günü 100 manata kiçik butik otel nömrəsi tapıb:

“Kiçik ailəvi oteldə qalıram. Axır ki, gecəsi 100 manata yaxşı bir variant tapdım”.

İranlı turist Fərəməz Mehdi isə deyir ki, ucuz olduğuna görə o, kirayə evdə qalmağa üstünlük verir:

“Bir günü 60 manata kirayə ev tutmuşam. İrana baxanda bahadır. 60 manat İranda otel qiymətidir. Ancaq rahatlıqdır, mən oteldə evdəki rahatlığı tapa bilmirəm. Burda həm də otellər də bahadır”.

Xarici turistlər Formula-1 haqda danışırlar
Gözlə

No media source currently available

0:00 0:00:19 0:00
Direct-ə keçid

Hökumət çoxlu turist gözləyir

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev AzadlıqRadiosuna deyir ki, bu cür yarışlar öncəsi otellərin qiymətinin bahalaşması təbiidir. Turistlərin sayına gəldikdə, rəqəm söyləməsə də, nazirlik rəsmisi çox turist gözlədiklərini bildirir:

Aydın İsmiyev: Çoxlu turist gözləyirik
Gözlə

No media source currently available

0:00 0:00:26 0:00
Direct-ə keçid

“Gələn turistlərin sayı çox olmalıdır. Otellərin hamısı dolur, icarəyə evlər də götürürlər. Turizm axını çox olmalıdır. Turistlərin sayna gəldikdə, yarışlar qurtarandan sonra Sərhəd Xidmətindən, dövlət qurumlarından statistikanı alacağıq. Otel qiymətlərinin baha olması isə təbiidir. Ümumiyyətlə, büdün dünyada belədir ki, belə tədbirlər keçiriləndə qiymətlər qalxmalıdır. Ancaq əcnəbilər burda pullarını manata çevirəndə onlara sərfəli olacaq”.

“Formula 1” yarışları iyunun 17-19-da keçiriləcək. Yarışlar üçün yolların təmiri və bərpası işləri büdcəyə 12 milyon manata başa gəlib. Yarışlara çəkilən ümimi xərc haqqında isə rəsmilər məlumat vermir.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (10 iyun)

Gələn həftəsonu keçiriləcək Formula 1 yarışlarına görə 5 günlük otel qiyməti 2500 manatdan başlanır.
Günün əsas hadisələri Azadlıq Radiosunda (10 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (10 iyun)

"Büdcədən 5 milyarda qədər vəsait yayınıb"

XS
SM
MD
LG