Tunis sahillərində miqrantları aparan qayığın batması nəticəsində azı 50 nəfər ölüb.
Bu barədə Reuters agentliyi xəbər verir.
İtaliyaya doğru hərəkət edən qayıqdakı miqrantlar Afrika ölkələrindənmiş.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 70 nəfərdən 16-ı xilas edilib. Ölənlərdən bir neçəsinin cəsədi aşkar edilib.
Tunis müdafiə nazirliyinin məlumatına görə, qayıq mayın 9-da Liviynaın qərbindəki “Zuara” limanından yola çıxıbmış.
Son günlər Liviyanın paytaxtı Tripoli ətrafında döyüş getdiyinə görə, bu ölkədən qaçqın axını yenə artıb.
Hazırda Tripoli ətrafında general Khalifa Haftarın ordusu ilə hökumət qüvvələri arasında döyüşlər gedir.
Haftarın ordusu aprelin ortalarından paytaxt üzərinə hücuma keçib.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, təkcə 2018-ci ildə Aralıq dənizində təxminən 2300 miqrant ölüb,120 min nəfərsə Avropaya keçə bilib.