Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Çox sayda insanın ölümünə görə istefa vermiş qubernatora deputat mandatı verildi


Aman Tuleyev
Aman Tuleyev

Rusiyanın Kemerovo şəhərində onlarca insanın həyatına son qoymuş yanğının “mənəvi yükünü” daşıya bilməyərək istefa verdiyini deyən qubernator Aman Tuleyevə regional məclisin deputatı mandatı verilib.

Yerli seçki komissiyası Tuleyevə deputat mandatını aprelin 3-də keçirilmiş iclasında verib.

Rusiyanın bir sıra mediaları hökumətə yaxın mənbələrə istinadən yazırlar ki, Tuleyevin bircə həftədən sonra Kuzbas Vilayəti Xalq Deputatları Şurasının spikeri seçiləcəyi gözlənilir.

73 yaşlı Tuleyev kömürlə zəngin Kuzbas vilayətinə 1993-cü ildən başçılıq edirdi.

Martın 25-də Zimnyaya Vişnya ticarət mərkəzində baş vermis ölümcül yanğının ardınca onun və başqa vəzifəli şəxslərin istefasını tələb edən aksiyalar keçirilirdi.

Aprelin 1-də Kreml və Kemerovonun regional hakimiyyəti Tuleyevin öz istefa ərizəsini prezident Putinə təqdim etdiyini bildirmişdi.

Tuleyev vəzifəsindən könüllü istefa etdiyini desə də, onun işdən uzaqlaşdırılması və başqa posta yerləşdirilməsinin Kremldən hazırlandığı düşünülür.

Kemerovoya yanğından iki gün sonra baş çəkən prezident Putin faciəyə görə “cinayətkar səhlənkarlığı” və “məsuliyyətsizliyi” tənqid edir, “təqsirkarların cəzalandırılacağını” vəd edirdi.

İstefasından az sonra yaydığı videomüraciətdə Tuleyev “bu ağır məsuliyyətlə qubernator işləməyin mümkün olmadığını” dilə gətirmişdi.

Yerli sakinlər, yanğından zərər çəkənlər baş vermis faciəyə ölkə boyu geniş yayılmış korrupsiyanı və qanunsuzluğu səbəb göstərirlər.

Hazırda yanğınla əlaqədar 7 nəfər həbs edilib. Bunlardan biri binaları qəbul edən müfəttişliyin başçısı, digəri isə ticarət mərkəzinin sahibi olan şirkətin rəhbəridir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG