Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Azərbaycan Xəzər dənizinə yeni hərbi gəmi buraxıb


"Tufan" tipli sərhəd gözətçi gəmisi yanvar ayının 23-də Xəzər dənizinə endirilib
"Tufan" tipli sərhəd gözətçi gəmisi yanvar ayının 23-də Xəzər dənizinə endirilib

Azərbaycan yeni "Tufan" tipli S-206 sahil keşikçi gəmisini xidmətə buraxıb.

Ordu və donanmalarda texniki yeniliklərdən yazan Navy Recognition saytının məlumatına görə texniki adı Saar OPV-62 olan bu gəmiAzərbaycan Sərhəd Xidmətinin Sahil Mühafizəsi qüvvələrinə daxil olacaq.

Sayt yazır ki, bu gəmi Azərbaycanın Sahil Mühafizəsi Xidmətinə Xəzər dənizində sərhəd keşiyi, neft və qaz sənayesi obyektlərinə etibarlı qoruma verilməsi, xilasetmə və sahil müşahidəsi də daxil mühüm missiyaları yerinə yetirmək imkanı verəcək.

S-206 gəmisi müasir avadanlıq, radio kommunikasiyası, raket və antiraket silahları, gecə və gündüz müşahidəsi cihazları ilə təchiz edilib.

Onun 62 metrlik göyərtəsində helikopter və sürət katerləri yerləşdirilə bilər.

Bə gəmi tipi barədə başqa resurslarda deyilir ki, Saar OPV-62-nin zirehi ona quru, hava və dənizdən gələn təhlükələri, habelə antigəmi raketlərini və torpedoları dəf etmək imkanı verir.

Bu da qeyd olunur ki, Saar OPV-62 İsrailin Shipyards Ltd şirkətinin Sa'ar 4.5-class raket gəmilərinin bazasında yaradılıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəsmi saytındakı məlumatda deyilir ki, S-206 gəmisi Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə inşa edilib:

"Tufan" tipli sərhəd gözətçi gəmisi yanvar ayının 23-də Xəzər dənizinə endirilmiş və xidməti-döyüş fəaliyyətinə başlamışdır. Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz hasilatı və daşınması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə vacib vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xidməti-döyüş imkanlarının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir”.

DSX-nin saytında yeni gəminin fotoları dərc edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG