Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:42

Rusiyanın iki strateji bombardmançı təyyarəsi Venesuelaya gəlib


Rusiyanın Tu-160 strateji uzaqmənzilli bombardmançı təyyarəsi (Foto arxivdəndir)
Rusiyanın Tu-160 strateji uzaqmənzilli bombardmançı təyyarəsi (Foto arxivdəndir)

Rusiyanın Müdafiə Nazirliyi Venesuelaya nüvə silahı daşımağa qabil iki strateji uzaqmənzilli bombardmançı təyyarə göndərdiyini bildirib.

Təhlilçilər bunu Rusiyanın Cənubi Amerikada “hərbi əzələ nümayişi” adlandırırlar.

Nazirliyin bəyanatında deyilir ki, Tu-160 təyyarələri Karakas ətrafındakı aeroportlardan birində enib. Bəyanatda onların silahlı olub-olmadığı barədə heç nə deyilmir.

Bombardmançıların göndərilməsindən iki gün əvvəl Venesuela prezidenti Nicolas Maduro Moskvaya səfər etmiş və Kremldən hərbi sahədə dəstək vədi almışdı.

Venesuela son illərdə Rusiyadan milyonlarla dollarlıq silah alıb.

Karakas aeroportunda 100-dək Rusiya pilotu və hərbçisini müdafiə naziri Vladimir Padrino salamlayıb.

Padrino deyib ki, “bu əməliyyat, lazım gələrsə, bizim Venesuelanın hər qarışını müdafiə etməyə hazır olduğumuzu göstərir”.

NATO müttəfiqləri tərəfindən şərti olaraq “Blackjack” adlandırılan Tu-160 təyyarələri səsdən iki dəfəsürətlə uçur və həm adi, həm də nüvə başlıqlı raketləri daşıya bilir.

Bundan əvvəl Suriyada Rusiyanın bir neçə bombardmançısı Kh-101 qitələrarası raketləri ilə zərbələr endirib.

Associated Press agentliyi bildirir ki, Tu-160 təyyarələri son dəfə Venesuelaya 5 il bundan əvvəl göndərilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG