Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:04

Qəzaya uğramış Rusiya Ordusu musiqiçilərinin ifa etdiyi parçalar (VİDEO)


Rusiya ordusunun Aleksandrov adına Musiqi və Rəqs ansamblı,15 iyul 2016
Rusiya ordusunun Aleksandrov adına Musiqi və Rəqs ansamblı,15 iyul 2016

Üç mühərriki, dar salonlu "Tu-154"Polşa prezidentinin həyatına son qoymuşdu

Dekabrın 25-də Qara dənizə düşən, içində 90-dan çox sərnişin olan Rusiya Müdafiə Nazirliyinin "Tu-154" təyyarəsi Suriyanın Latakiya şəhərinə gedəcəkdi.

Latakiya şəhərində Rusiyanın böyük hərbi bazası yerləşir.

Moskvadan havaya qalxan təyyarə yanacaqla təmin olunmaqdan ötrü Soçi şəhərinin Adler aeroportuna enibmiş. Havaya qalxandan 7 dəqiqə sonra təyyarə Qara dənizə düşüb.

Suriya,Latakia, Rusiya əsgərləri hərbi parad zamanı, 4 may 2016
Suriya,Latakia, Rusiya əsgərləri hərbi parad zamanı, 4 may 2016

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, "Tu-154" təyyarəsinin qalıqları Qara dənizin 50-70 metr dərinliyindən tapılıb. Təyyarədən salamat çıxan olmayıb.

Təyyarədə Aleksandrov adına Rusiya ordusu xorunun üzvləri, jurnalistlər, hərbçilər olub. Ordu xoru 1928-ci ildə keçmiş Sovet İttifaqında yaradılmışdı. Ansambl adını Sovet İttifaqının himnini bəstələmiş Aleksander Vasilyeviç Aleksandrovun adından götürüb.

Rusiya mediasının xəbərlərinə görə, təyyarənin sərnişinlərindən çoxu da eləansamblın üzvləri olub.

Xorun oxuduğu parçaları təqdim edirik.

Hava uçuşa görə olduqca əlverişliymiş.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü Igor Konaşenkov bildirib ki, təyyarədəki heyət Suriyadakı rus hərbçilərinə Yeni il konserti verməyə gedirmiş. Konsert Latakiya şəhəri yaxınlığındakı Xmeimim hərbi bazasında olacaqmış.

Rusiya daxili müharibədə Suriya ordusuna dəstək verir.

TU-154, Irkutsk , 06 iyul 2001
TU-154, Irkutsk , 06 iyul 2001

Tupolev-154: Rusiya donanmasının əsas sütunu?

"Tu-154" uzun illər Sovet İttifaqında vRə usiyada ən çox istifadə olunan təyyarədir. Üç mühərriki var, salonu dardır.

1960-cı ilin ortalarından istehsal olunmağa başlayıb. 1972-ci ildən istifadə edilir. 1986-cı ildə yeni mühərrik və avadanlıqlarla komplektləşdirilib. İndiyə qədər 39 dəfə insan təlafatı ilə nəticələnən qəzaya düşüb. Ancaq bu qəzaların çox azı texniki səbəblərlə bağlı olub. Çox vaxt qəzaya düşməsinə hava şərtləri və hava nəqliyyatı nəzarət qülləsinin səhvləri səbəb olub. "Tu-154"-ün bir neçəsi Livan, Gürcüstan və Əfqanıstandakı döyüşlər zamanı qəzaya düşüb.

2000-ci illərdə təqaüdə göndərilib. Rusiyanın hava yolu şirkəti Aeroflot 2010 -cu ildə "Tu-154" -ü istismardan çıxardıb. Hazırda dünyada istifadədə olan 50 ədəd "Tu-154"-var.

"Tu-154"-ün ən məşhur qəzalarından biri 2010-cu ilin aprelində olmuşdu. O dövrdə Rusiyanın qərbində, Smolenks şəhərində içində 96 sərnişin olan "Tu-154" tipli təyyarə qəzaya uğramışdı. Həmin təyyarənin sərnişinləri arasında Polşanın prezidenti Lech Kaczynski də vardı.

Sibir Hava Yollarına aid başqa bir "Tu-154" isə 2001-ci ilin oktyabrında Qara dənizin üstündə vurulmuşdu. Həmin vaxt təyyarədə olan 78 nəfər ölmüşdü. İsrailin paytaxtı Tel Avivdən Rusiyanın Novosibirsk şəhərinə gedən sərnişinləri çoxu israillilər idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG