Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 13:29

Rusiyanın Tsixanovskayanı axtarış siyahısından çıxardığı deyilir


Svyatlana Tsixanovskaya
Svyatlana Tsixanovskaya

Tsixanovskaya Belarusda 2020-ci ilin avqustunda keçirilən prezident seçkisində avtoritar lider Alyaksandr Lukaşenkanın əsas rəqibi olub

Rusiya polisinin Belarusun müxalifət siyasətçisi Svyatlana Tsixanovskayanın adını axtarış siyahısından çıxardığı xəbər verilir.

Bu da bildirilir ki, Moskva bu addımı iyunun 15-də Belarus hakimiyyətinin təşəbbüsü ilə atıb.

Şərhçilər diqqəti belə bir məqama çəkirlər ki, hadisə ABŞ və Rusiya prezidentləri Co BaydenVladimir Putinin Cenevrədə ilk üzbəüz görüşündən bir gün əvvəl baş verib.

Tsixanovskaya Belarusda 2020-ci ilin avqustunda keçirilən prezident seçkisində avtoritar lider Alyaksandr Lukaşenkanın əsas rəqibi olub.

O Belarusu seçkidən dərhal sonra ailəsinin təhlükəsizliyindən narahat olduğuna görə tərk edib.

O hazırda uşaqları ilə birlikdə Litvada yaşayır və müxalif fəaliyyətlərini davam etdirir.

Müxalifət lideri Lukaşenkanı seçkini saxtalaşdırmaqda ittiham edir.

Belarus hakimiyyəti Tsixanovskayanın adını axtarış siyahısına o, tərəfdarlarını saxta seçki nəticələrinə etiraz etməyə çağırdıqdan sonra salıb.

Rusiya onu öz siyahısına niyə salmışdı ki..?

Rəsmi məlumata görə Lukaşenka 9 avqust seçkisinin qalibi elan edilib. Müxalifət isə seçkinin saxtalaşdırıldığını bəyan edib.

Seçki nəticələrini Avropa İttifaqı və ABŞ da tanımayıb. Onlar seçkinin saxtalaşdırıldığını bəyan ediblər və Lukaşenkanın legitimliyini tanımadıqlarını bildiriblər.

Belarusun əsas müttəfiqi olan Rusiya da həmrəylik əlaməti olaraq Tsixanovskayanı özünün axtarış siyahısına daxil etmişdi.

Lukaşenkanın rəsmən qalib elan edilməsindən sonra Minskdə və Belarusun başqa şəhərlərində onun hakimiyyətinə qarşı kütləvi nümayişlər aylarla davam edib.

Belarus hökuməti etirazçılara sərt divan tutub. Minlərlə etirazçı saxlanıb və bir çox fəallara işgəncələr verilib.

Müxalifət liderlərinin əksəriyyəti ölkəni tərk etməyə məcbur edilib.

Belarus hakimiyyət orqanları etirazlarla bağlı 1800-dək cinayət işi açıb.

XS
SM
MD
LG