Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:24

14 deputat Pashinian-ı dəstəklədi


Ermənistanın baş naziri Nikol Pashinian (sağda) Gagik Tsarukian-la oktyabrın 8-də görüşüb
Ermənistanın baş naziri Nikol Pashinian (sağda) Gagik Tsarukian-la oktyabrın 8-də görüşüb

Ermənistan milli məclisinin 14 deputatı baş nazir Nikol Pashinian-ın dekabrda erkən parlament seçkisi keçirməklə bağlı mövqeyini dəstəkləyib.

“Pashinian baş nazir postundan istefaya gedəndən sonra, erkən seçki keçirilənədək yeni baş nazir seçilməməli, indiki parlament buraxılmalıdır”, – deputatların yaydığı bəyanatda deyilir.

Sənədi Tsarukian fraksiyasından, Respublikaçı fraksiyasından çıxmış, eləcə də hazırda bu fraksiyadan olan, həmçinin milli azlıqları təmsil edən deputatlar imzalayıb.

Qeyd edək ki, Respublikaçı fraksiyasından deputat Gevorg Kostanian da Pashinian-ı dəstəklədiyini bildirib.

***

Ermənistanın hakim koalisiyasından çıxarıldıqdan bir həftə sonra Firavan Ermənistan partiyasının lideri Gagik Tsarukian dekabr ayında növbədənkənar seçki keçirilməsində baş nazir Nikol Pashinian-a kömək edəcəyini bəyan edib.

Oktyabrın 8-də Yerevanda imzalanmış birgə memorandumda iki siyasətçi “erkən seçki keşçirilməsi məsələsində müttəfiq olduqlarını” bildirirlər.

Bu sənəddə Firavan Ermənistan vəd edir ki, Pashinian-ın gözlənilən istefasından sonra baş nazir vəzifəsinə heç bir namizəd verməyək və ya heç bir namizədi dəstəkləməyəcək.

Ermənistan Konstitusiyasına görə ölkənin 105 yerlik parlamenti başqa bir baş naziri seçə bilməyəndə buraxılmalıdır. Firavan Ermənistan parlamentdə 31 mandata sahibdir. Pashinian dekabr ayında növbədənkənar seçkinin keçirilməsi üçün istefa verəcəyini bildirib.

Okrtyabrın 2-də Tsarukian-ın partiyası keçmiş prezident Serzh Sarkisian-ın Respublikaçı Partiyasına Pasinian-ın planlarına mane olan qanunun qəbulunda kömək etmişdi.

O vaxt baş nazir Firavan Ermənistanı və Daşnaksütyun Partiyasını “əks-inqilabda” ittiham etmişdi. O habelə bu iki partiya ilə hakimiyyət bölgüsünə dair ötən may ayında imzaladığı razılaşmanı ləğv etmişdi.

Firavan Ermənistan nümayəndələri deyirdilər ki, seçki dekabrda yox, gələn mayda keçirilməlidir. Onlar da Respublikaçı Partiya kimi iddia edirdilər ki, millət vəkillərinə Seçki Məcəlləsinə düzəlişləri etmək üçün vaxt vermək lazımdır.

Lakin Tsarukian mövqeyini dəyişdiyinə dair işarəni oktyabrın 5-də televiziyaya müsahibəsində vermişdi. O demişdi ki, “əgər xalq seçkinin dekabrda keçirilməsini istəyirsə, biz də bunu istəyirik”.

Pashinian oktyabrın 8-də Tsarukian-la görüşündə onun bu bəyanatını alqışlayıb.

Zəngin biznesmen olan Tsarukian öz növbəsində demişdi ki, o Pashinian-ın Sarkisian-ıdevirmiş “inqilabını” dəstəkləyir.

Sarkisian-ın partiyası parlament mandatlarının təxminən yarısına malikdir. Bu partiya erkən seçkinin keçirilməsinə etiraz edir. Respublikaçılar deyirlər ki, erkən seçkidən məqsəd onların nümayəndələrinin mandatlardan məhrum edilməsidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG