Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Fevral, Cümə axşamı, Bakı vaxtı 21:28

Trumpın impiçment işindəki iki şahid işdən çıxarılıb


Donald Trump, 6 fevral 2020

Prezident Donald Trump-a qarşı Konqresdə ifadə verən ABŞ-ın Avropa Birliyindəki səfiri Gordon Sondland istefa verib. O, bunu dövlət başçısının təşəbbüsü ilə etdiyini bildirib.

Amerikanın Səsi-nin verdiyi xəbərə görə, prokurorluğun əsas şahidlərindən biri olan Milli Təhlükəsizlik Şurasının əməkdaşı podpolkovnik Alexander Windman da işindən kənarlaşdırılıb. Onun bir mühafizəçinin nəzarəti altında Ağ Evdən çıxarıldığı bildirilir.

Windman, ABŞ Konqresinin Nümayəndələr Palatasında bir məhkəmə iclasında ifadə verərək, Prezident Trump-ın Ukrayna Prezidenti Volodymyr Zelenskiyə qanunsuz tələblər etdiyini söyləyib.

Sondland, Zelenskinin ABŞ-a səfərinin təşkili üçün tələblərdən birinin keçmiş vitse-prezident Joe Biden-nin ailəsi ilə bağlı istintaqın başlanması olduğunu açıqlayıb.


Sondland Trump-ın kampaniyasının ən böyük iştirakçılarından biri idi və 2018-ci ildən AB-də səfir idi.

Windman'ın vəkili verdiyi açıqlamada "Amerikalılarda bu adamın niyə işdən qovulduğuna dair bir sual yoxdur" deyib. Bu məsələ ilə bağlı Trumpa verilən suala "ondan narazı olduğunu" bildirib, amma onunla bağlı qərarı o verməyəcəyini deyib.

Çərşənbə günü ABŞ Senatı prezident Donald Trump-a qarşı irəli sürülən ittihamları impiçment prosesinin bir hissəsi olaraq rədd etdi. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və Konqresin araşdırılmasına mane olmaqda ittiham olunurdu.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG