Keçid linkləri

Təcili xəbərlər
2020, 11 İyul, şənbə, Bakı vaxtı 01:48

The Daily Beast: “Bakı milyonlarla sirr gizləməyi bacarır”


ABŞ-ın Daily Beast internet saytı Bakıdan reportaj hazırlayıb.

Müəllif Bakı ucalan, bir zamanlar indiki ABŞ prezidenti Donald Trump -ın adını daşıyan qülləyə diqqəti çəkir, xatırladır ki, indi tamamilə adsız olan bu qüllə Trump barəsində bəzi şübhələrə yol açmışdı, belə ki, Trampın prezident seçilməsindən sonra The New Yorker jurnalı yazmışdı ki, Trump-ın Azərbaycandakı bu layihəsi korrupsiya əməliyyatıdır və İranın İnqilab Keşikçilərinə bağlılığı var.

Balakişi Qasımov, İctimai Televiziyanın rəhbəri sayta deyib ki, əgər soruşan olmasaydı, heç Trump qülləsi heç onun ağlına da gəlməzdi.

O bildirib ki, İctima TV heç vaxt bununla bağlı material hazırlamayıb.

Müəllif daha sonra yazır:

“Bakı milyonlarla sirri, milyonlarla pıçıltını gizləməyi bacarır. Bakı milli armudu stəkanda çay süzməyi, Avropa, Asiya, Yaxın Şərq arasında qapı olmağı yaxşı bilir”.

Tom de Waal:"Bu şou olsa da..."

Müəllif diqqəti Azərbaycanın Qərblə Şərq arasında balans siyasətinə çəkir və bildirir ki, bu ölkə ABŞ diplomatları üçün də mühüm partnyor olaraq qalır, insan haqları fəalları isə narahatdırlar ki, xarici diplomatlar insan haqları məsələsini kifayət qədər qaldırmırlar.

Online qəzet hesab edir ki, bu ilki parlament seçkilərində yeni simalara qeydiyyatdan keçməyə icazə verildi, bunu da Qərb alqışladı. Amma ATƏT yekunda seçkiləri mənfi qiymətləndirdi.

Qəzeti beynəlxalq ekspert Tom de Waal-dan sitat gətirir: “Ümumilikdə biz pozitiv inkişaf görürük, hətta bu şou olmuş olsa belə, hər şeyi silkələyir və avtoritar ölkəyə bir qədər işıq gətirir”.

XS
SM
MD
LG