Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:02

Trump Zelenskiy-nin ‘Biden məsələsinə baxmasını’ istəyib - Yenilənir


Volodymyr Zelenskiy (solda) və Donald Trump
Volodymyr Zelenskiy (solda) və Donald Trump

ABŞ Ədliyyə Nazirliyi iyulun 25-də prezident Donald Trump və Ukrayna lideri Volodymyr Zelenskiy arasında yer almış telefon söhbətinin 5 səhifəlik xülasəsini açıqlayıb.

Bu memodan ABŞ liderinin Ukraynanı, keçmiş vise-prezident və Trump-ın hazırkı siyasi rəqibi Joe Biden-i araşdırmağa sövq etdiyi görünür.

Sentyabrın 25-də açıqlanmış memodan aydın olur ki, Trump Kiyevin Biden-in onun oğlu Hunter-i araşdıran Ukrayna prokurorunun təhqiqatına müdaxilə etdiyinə dair əsaslandırlmamış iddiaları onun vəkili Rudy Giuliani və ABŞ baş prokuroru ilə birlikdə araşdırmasını istəyib.

Memoya görə Trump söhbət zamanı deyib:

"Biden-in oğlu barədə çoxlu söz-söhbət var. Biden-in cinayət işini dayandırmasından. Çox adamlar bu barədə bilmək istəyir. Odur ki, sizin baş prokurorla bağlı bacardığınızı etməniz əla olardı. Biden lovğalanırdı ki, cinayət araşdırmasını dayandırıb. Odur ki, buna bir baxaydınız…Bu mənə dəhşətli görünür”.

Demokratlar iddia edirlər ki, Trump bu telefon söhbəti zamanı özünün təkrar prezident seçilməsinə kömək olaraq Zelenskiy-ə Biden-in araşdırılması üçün təzyiq göstərib.

Biden 2020-ci il ABŞ prezidennt seçkisində Trump-ın əsas demokrat rəqibidir.

Giuliani Biden-i ittiham edir

Prezident Barack Obamanın vise-prezidenti olduğu vaxt Biden Ukraynadan ABŞ-ın bu ölkəyə daha çox pul ayırmasından əvvəl ovaxtkı baş prokuror Viktor Shokin-in vəzifəsindən çıxarılmasını tələb etmişdi.

Shokin həm Qərbdə, həm də Ukraynada korrupsiya ilə mübarizə apara bilməməsi ilə tanınır. Lakin telefon söhbətinin mətninə görə Trump Shokin-i “çox yaxşı” prokuror adlandırıb.

Rudy Giuliani
Rudy Giuliani

Giuliani Biden-i öz oğlunu qorumaq üçün Shokin-in vəzifəsindən uzaqlaşdırılmasına çalışmaqda ittiham edib.

Biden-in oğlu Hunter Baş Prokurorluğun təhqiqatı altında olan Ukrayna qaz şirkətinin direktorlar şurasına daxil idi.

Lakin onun ofisindəki rəsmilərin dediyinə görə Shokin vəzifəsindən çıxarıldığı vaxt sözü gedən Burisma şirkətinə qarşı fəal təhqiqat aparmırdı.

Zelenskiy Trump-a deyib ki, “bu situasiyaya baxacaq”, “xüsusilə də bu məsələdə adını çəkdiyniz şirkətə”.

AzadlıqRadiosu bildirir ki, memorandumun açıqlanmasından sonra Kiyevdə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksandr Danylyuk-a, baş prokuror Ruslan Riaboshapka-ya və Zelenskiy-nin partiya üzvlərinə edilən telefon zənglərinə cavab verilməyib.

Trump təzyiq göstərmədiyini deyir

Demokratlar Trump-ı Zelenskiy-ə təzyiq göstərmək məqsədilə Rusiyanın dəstəklədiyi separatçılara qarşı mübarizə aparan Ukraynaya veriləcək 400 milyon dollara yaxın vəsaitin verilməsini dayandırmaqda ittiham edirlər.

Trump Ukrayna lideri ilə telefon söhbətində Zelenskiy-ə təzyiq göstərdiyi barədə ittihamları rədd edir.

Bu telefon söhbəti zamanı Trump maliyyə dəstəyinin dayandırılmasına dair heç nə deməyib, hərçənd Almaniya kansleri Angela Merkel də daxil avropalı həmkarlarını Ukrayna üçün daha çox iş görmədiklərinə görə kəskin tənqid edib.

Trump və Zelenskiy arasında telefon danışığının mətninə görə Trump ukraynalı həmkarına deyib:

“Almaniya sizin üçün demək olar, heç nə etmir. Onlar yalnız danışırlar və düşünürəm ki, bu sizin onlardan soruşmalı olduğunuz bir məsələdir. Mən Angela Merkellə danışanda o Ukraynadan danışır, amma bir iş görmür”.

Bu telefon zəngi ABŞ kəşfiyyat agentinin avqustun ortalarında prezident Trump-dan etdiyi şikayətin bir hissəsidir.

Bu şikayət ABŞ Nümayəndələr Palatasının spikeri Nancy Pelosinin sentyabrın 24-də Trump-a qarşı impiçment araşdırmasına başlanması üçün göstəriş verməsinə səbəb olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG