Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 01:29

Trump Zelensky ilə telefonla danışıb


ABŞ prezidenti Donald Trump və Ukrayna prezidenti Volodymyr Zelensky

ABŞ prezidenti Donald Trump Ukrayna prezidenti Vlodimir Zelensky ilə telefonla danışıb.

Ağ evin məlumatına görə, ABŞ prezidenti Zelensky-ni uğurlu seçki keçirilməsi və onda “Xalqın xidmətçisi” partiyasının qalib gəlməsi münasibətilə təbrik edib.

Qeyd edək ki, “Xalqın xidmətçisi” partiyasını prezident Zelensky yaradıb.

Öz növbəsində Zelensky, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları saxlaması və onu daha da gücləndirməsinə görə Trump-a təşəkkür bildirib.

Trump həmçinin yeni Ukrayna hakimiyyətinin, korrupsiya ilə bağlı istintaqları yekunlaşdıracağına ümidlə yanaşıdığını bildirib.

Bundan sonra prezidentlər iki ölkə arasındakı energetika və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bundan əvvəl Zelensky-nin Trump-ın dəvəti ilə Vaşinqtona səfər edəcəyi barədə məlumatlar yayılmışdı.

Amma səfərin dəqiq vaxtı hələ ki, açıqlanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG