Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:07

Trump ABŞ-ın İsraildəki səfiriliyini Yerusəlimə köçürmək qərarını ləngidir


Yerusəlim şəhəri
Yerusəlim şəhəri

ABŞ prezidenti Donald Trump Yerusəlimi İsrailin paytaxtı kimi tanımaq və ABŞ səfirliyini bu şəhərə köçürmək barədə qərarının elanını təxirə salıb.

Ağ Ev bildirib ki, Trump səfirliyin Tel Əvivdən Yerusəlimə köçürmək qərarını elan etməyəcək. Bundan əvvəl 48 saat ərzində Ağ Evə ABŞ-ın müttəfiqlərindən və ictimaiyyət nümayəndələrindən bu addımı atmamaq xəbərdarlıqları gəlirdi.

Trump səfirliyin köçürülməsi barədə sərəncamın daha 6 ay müddətinə təxirə salınması barədə qərarını dekabrın 4-dək elan etməliydi, lakin hələlik bu da baş verməyib.

Əslində təxirə salınmaya dair qərarlar 1995-ci ildən bəri bütün ABŞ administrasiyaları tərəfindən imzalanıb.

ABŞ rəsmiləri ehtimal edirlər ki, Trump, çox güman səfirliyin köçürülməsinin müvəqqəti təxirə salınması barədə sərəncam imzalayacaq.

Buna baxmayaraq rəsmilər Trump-ın dekabrın 6-da edəcəyi çıxışda Yerusəlimi İsrailin paytaxtı kimi tanıdığını bəyan edəcəyini söyləyirlər.

Bu fələstinlilər tərəfindən mümkün zorakılıqlara yol verilməməsi üçün onilliklərdən bəri mövcud olan ABŞ siyasətinin dəyişməsi demək olacaq.

Fələstinlilər Şərqi Yerusəlimin öz gələcək dövlətlərinin paytaxtı olmasını istəyirlər.

Əksər ölkələr İsrailin bütövlükdə Yerusəlimə iddialarını qəbul etmirlər.

Bu şəhərdə yəhudilər, müsəlmanlar və xristianlar üçün son dərəcə müqəddəs məkanlar var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG