Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:21

Trump ABŞ raket müdafiəsi sisteminin genişləndiriləcəyini bəyan edib


Donald Trump yeni strategiyanı yanvarın 17-də Pentaqonda açıqlayıb.
Donald Trump yeni strategiyanı yanvarın 17-də Pentaqonda açıqlayıb.

Prezident Donald Trump elan edib ki, Birləşmiş Ştatlar fəza da daxil, rəqabətsiz raket müdafiəsi sisteminin yaradılması və Rusiya, Çin, İran və Şimali Koreya kimi rəqiblər üzərində üstünlüyün saxlanması məqsədilə yeni texnologiyalar inkişaf etdirəcək.

Onun bu şərhləri 2010-cu ildən bəri ilk dəfə aparılan raket müdafiəsi təhlili nəticələrinin bir hissəsidir. Trump bu təhlilin yekunlarını yanvarın 17-də Pentaqonda açıqlayıb.

Müdafiə naziri əvəzi Patrick Shanahan və vise-prezident Mike Pence-dən sonra danışan Trump deyib ki, məqsəd sadədir: “Biz istənilən yerdən, istənilən vaxt Birləşmiş Ştatlara atılmış raketi aşkarlamalı və məhv edə bilməliyik”.

Trump qeyd edib ki, Vaşinqton hipersonik və təkmilləşdirilmiş ballistik raketlərin yaratdığı getdikcə artan təhlükələri dəf edə bilməlidir.

Prezident deyib ki, onun istədiyi genişləndirilmiş raketdən müdafiə sistemi Birləşmiş Ştatları daha yaxşı müdafiə edəcək.

Trump deyib ki, yeni strategiya “atılmış düşmən raketlərini aşkarlayan, izləyən və dağıdan sensorlar kimi yeni texnoligiyaların fəzada qurulan müdəfiə səddini ehtiva edir”.

O bildirib ki, fəza müdəfiəsi qabiliyyəti “son nəticədə bizim müdafiəmizin və hücum qabiliyyətimizin çox, çoxböyük hissəsi olacaq”.

Shanahan öz çıxışında bildirib ki, Rusiya və Çin kimi rəqiblər “görünməsi, izlənməsi və dəf edilməsi daha çətin olan” yeni raketlərin yaradılmasına can atırlar.

O əlavə edib ki, Vaşinqton bu rəqabətdə “məsafə saxlamaqda yox, onlardan irəlidə olmaqda maraqlıdır”.

Trump habelə deyib ki, Birləşmiş Ştatlar yeni raket müdafiə strategiyasının bir hissəsi kimi Alyaskada 20 yeni “rakettutan” radar qurğusu yerləşdirəcək.

O bəyan edib ki, “Birləşmiş Ştatların hər bir şəhərini müdafuə edəcək yeni raket müdafiəsi proqramı inkişaf etdiriləcək”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG