Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Trump Yaxın Şərqə 1500 hərbçinin göndərilməsini əmr edir


ABŞ prezidenti Donald Trump deyib ki, İranla münasibətlərdə gərginliyin artdığı bir vaxtda Yaxın Şərqdəki ABŞ qüvvələrini möhkəmləndirmək üçün bölgəyə 1500 nəfərlik əsgəri qüvvə göndəriləcək.

Lakin Trump israr edib ki, bu qüvvələr “əsasən müdafiə” rolu oynayacaq.

Trump-ın mayın 24 verdiyi bu bəyanatın ardınca ABŞ dövlət katibi Mike Pompeonun verdiyi bəyanatda deyilir ki, administrasiya Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə və İordaniyaya “İranın təcavüzdən çəkindirilməsi məqsədilə” 8, 1 milyard dollarlıq silah satılması barədə qərar qəbul edib.

Bu addımlar Trump administrasiyasının Tehrana münasibətdə davakar ritorikasının davam etdiyi bir vaxtda atılır.

Ötən ay ABŞ İran yaxınlığındakı sulara təyyarədaşıyan kreyser və döyüş gəmilərindən ibarət eskadrilya göndərib. Bundan başqa Bağdaddakı ABŞ səfirliyinin “qeyri-zəruri” heyətinin İraqdan çıxarılmasına göstəriş verilib.

Yaponiyaya səfərə yola düşən Trump jurnalistlərə deyib ki, Yaxın Şərqə əlavə qüvvələr daha çox müdafiə məqsədilə göndərilir:

“Biz Yaxın Şərqdə müdafiəyə malik olmaq istəyirik. Biz ora sayca nisbətən az və əsasən müdafiə təyinatlı qüvvələr göndərəcəyik. Hazırda bəzi çox istedadlı adamlar Yaxın Şərqə getməkdədirlər. Görək nə olur…”

ABŞ administrasiyası bildirir ki, İranın regiondakı əsas rəqibləri – Səudiyyə Ərəbistanı, İordaniya və Birləşmiş Ərəb Əmirliklərinə daha çox silah göndərmək niyyətindədir.

Azı bir senator bu planı kəskin tənqid edib, lakin mayın 24-də Pompeo deyib ki, administrasiya bu qərarı Konqresdən yan keçməklə icra edəcək və nəzərdə tutulan silahların satışı həyata keçəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG