ABŞ prezidenti Donald Trump bəyan edib ki, Birləşmiş Ştatların Yəməndə keçirdiyi antiterrorizm əməliyyatının gedişində Ərəb yarımadasındakı əl-Qaeda ekstremist qrupunun (AQAP) lideri öldürülüb.
Trump fevralın 6-da verdiyi bəyanatda bildirib ki, Qassim al-Rayminin ölümü terrorçu qruplaşmanı regionda və əl-Qaedanı dünya boyunca zəiflədəcək:
"Rayminin komandanlığı altında AQAP Yəmən sakinlərinə qarşı ağlasığmaz zorakılıqlar törədib və Birləşmiş Ştatlara və bizim qüvvələrimizə qarşı çoxsaylı hücumlar keçirməyi və ya təşkil etməyi planlaşdırıb”.
Trump bildirib ki, onun ölümü bütövlükdə əl-Qaeda hərəkatını zəif salacaq:
“Bu bizi bu qruplaşmaların milli təhlükəsizliyimizə törətdiyi hədələrə son qoyulması məqsədinə daha da yaxınlaşdıracaq”.
Raymi AQAP-ın rəhbəri postunu ondan əvvəlki komandan Nasser al-Wuhayshi 2015-ci ildə ABŞ-ın dron zərbəsi ilə öldürüldükdən sonra tuturdu.
2015-ci ilin iyulunda Raymi təşkilatın yeni lideri kimi ilk çıxışında Birləşmiş Ştatlar üzərinə hücumlara çağırmışdı:
"Siz amerikalılar, bizlərdən nə qədər çoxunu öldürdükcə, biz daha da qətiyytəli oluruq. Öldürdüyünüz hər bir liderin yerini tutacaq bir başqası var”.