Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 14:59

Trump-Rusiya əlaqələrinin araşdırlması üçün xüsusi prokuror təyin edildi


Rusiya-Trump əlaqələrini araşdıracaq xüsusi prokuror Robert Mueller
Rusiya-Trump əlaqələrini araşdıracaq xüsusi prokuror Robert Mueller

ABŞ-ın Ədliyyə Nazirliyi mayın 17-də keçmiş FTB direktoru Robert Mueller-i Rusiya və Trump-ın 2016-cı il seçki kampaniyası arasında mümkün koordinasiyanı araşdırması üçün xüsusi prokuror vəzifəsinə təyin edib.

Bu təyinatdan əvvəl Konqresdəki demokratlar və bəzi respublikaçılar siyasətlə bağlı bu təhqiqatın Ədliyyə Nazirliyindən kənar bir şəxs tərəfindən aparılmasına çağırışlar edirdilər.

Mayın 16-da açıqlanmış məlumatda deyilirdi ki, ABŞ prezidenti Donald Trump, Ağ Evə gəlişinin birinci həftəsində, FTB direktoru James Comey-dən Rusiyanın keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-lə əlaqələrinə dair araşdırmanın dayandırılmasını istəyib.

Çoxsaylı xəbərlərə görə Comey özünün memosunda Trump-ın bu xahişi barədə yazmışdı, lakin Ağ Ev fevral ayında yer almış Trump-Comey görüşü barədə Comey-nin məlumatını inkar etmişdi.

Üç Konqres komitəsi Comey-nin memosunun təqdim olunmasını tələb etmişdi, habelə keçmiş FTB direktoru, Trump-la münasibətləri barədə ifadə verməsi üçün dəvət olunmuşdu.

Bir sıra Konqres liderləri bildirirlər ki, Trump-ın FTB araşdırmasına xitam verilməsi tələbi cinayət tərkibi olan ədalətə mane olunması əməlidir.

Xüsusi prokuror vəzifəsini qəbul etmək üçün özəl hüquqşünaslıq fəaliyyətindən ayrılmalmış Mueller 2001-ci ildə FTB direktoru təyin edilmiş və büroya 11 sentyabr terror aktlarının baş verdiyi vaxt da daxil 2013-cü ilədək rəhbərlik etmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG