Keçid linkləri

2025, 13 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 15:20

Trump Şimali Koreya lideri ilə görüşə yola düşüb


Donald Trump qubernatorlarla görüşdə
Donald Trump qubernatorlarla görüşdə

ABŞ prezidenti Donald Trump fevralın 25-də Vaşinqtondan Vyetnama yola düşüb. O burada Şimali Koreya lideri Kim Jong Unla ikinci sammitini keçirməlidir.

İki lider fevralın 27-28-də Hanoy şəhərində görüşərək Şimali Koreyanın nüvə və raket proqramlarını müzakirə edəcəklər.

Bəzi şayiələrə görə Trump və Kim habelə Koreya müharibəsinin rəsmən başa çatdırılması məsələsi barədə də danışıqlar aparacaqlar. İki Koreya arasında atəşkəs razılaşması 1953-də əldə olunsa da, sülh müqaviləsi heç vaxt imzalanmayıb.

Vaşinqtondan çıxmazdan əvvəl Trump Twitter hesabından yazıb: "Tam Nüvəsizləşmə ilə Şimali Koreya sürətlə İqtisadiyyatın Mühərrikinə çevrilə bilər. Bunsuz hər şey olduğu kimi qalacaq. Sədr Kim müdrik qərar qəbul edəcək!”

Bundan əvvəl fevralın 25-də Ağ Evdə qubernatorların qarşısında çıxış edən Trump vəd edib ki, Vyetnamda “möhtəşəm sammit” olacaq.

Dövlət katibi Mike Pompeo fevralın 24-də Fox televiziyasına deyib ki, o sammitdə “irəliyə doğru əsaslı addım” atılacağına ümid edir.

Pompeo deyib ki, “bu, baş verməyə də bilər, amma mən ümid edirəm kİ, baş versin”.

Kim Jong Un isə Vyetnam istiqamətində zirehli qatarla yola düşüb və Hanoya fevralın 26-da çatacağı gözlənilir.

Vyetnam hakimiyyət orqanları sammit zamanı sərt təhlükəsizlik tədbirlərinin görüləcəyini bildirib.

XS
SM
MD
LG