Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:02

Trump: Venesuela böhranına hərbi müdaqxilə variantlardan biridir


ABŞ prezidenti Donald Trump
ABŞ prezidenti Donald Trump

ABŞ prezidenti Donald Trump deyib ki, Venesuela böhranına hərbi müdaqxilə variantlardan biridir.

Thehill.com saytının məlumatına görə, o bunu bazar günü CBS televiziyasına müsahibəsində deyib.

“Bu barədə danışmaq istəmirəm, amma əlbəttə ki, bu bu variant da var”, Donald Trump vurğulayıb.

“The Hill” nəşrinin yazdığına görə, Donald Trump həmçinin bildirib ki, Nicolas Maduro bir neçə ay əvvəl ona görüşməyi təklif edib, amma o bundan imtina edib.

Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri John Bolton da bundan əvvəl Venesuela silahlı qüvvələrinin komandanlığını “xalqın tərəfinə” keçməyə çağırıb.

Qeyd edək ki, Venesuela müxalifətinin lideri, Maduronun rəqibi və parlamentin sədri Juan Guaido yanvarın 23-də özünü müvəqqəti prezident elan edib.

ABŞ, Kanada,Braziliya və bir şox Latın Amerikası ölkələri artıq onu müvəqqəti prezident kimi tanıyıblar.

Avropa ölkələri də Maduroya xəbərdarlıq ediblər ki, əgər fevralın 3-dək yeni seçki çağırmasa, Guaido-nun müvəqqəti prezident kimi tanınmasında Birləşmiş Ştatlara qoşulacaqlar.

Hakimiyyətini qoruyub saxlamağa çalışan Maduro ötən mayda keçirilən qeyri-demokratik seçkidə qalib gələrək ikinci müddətə prezidentliyini elan edib.

Son illərdə milyonlarla venesuelalı hiperinflyasiya, ərzaq və dava-dərman çatışmazlığı ucbatından ölkəni tərk edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG