Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:04

Trump və Putin nefti, koronavirusu və silahları müzakirə ediblər


Donald Trump (solda) və Vladimir Putun
Donald Trump (solda) və Vladimir Putun

ABŞ və Rusiya prezidentləri Donald TrumpVladimir Putin mayın 7-də telefonla danışıblar.

Ağ Ev və Kremldən verilən xəbərlərdə deyilir ki, bu söhbət zamanı silahlara nəzarət, neft qiymətləri və qlobal koronavirus pandemiyası müzakirə olunub.

Bu da xəbər verilir ki, söhbətdə II Dünya Müharibəsində Müttəfiqlərin nasist Almaniyasını məğlub etməsinin qarşıdan gələn 75-ci ildönümü də müzakirə olunub.

Kreml bildirir ki, iki lider “II Dünya Müharibəsində xalqlarımızın ümumi düşmənin məğlubiyyətinə imkan yaratmış müttəfiqliyinin tarixi əhəmiyyətini” vurğulayıb.

Ağ Evin məlumatında qeyd olunur ki, söhbət zamanı prezident Trump Birləşmiş Ştatların “təkcə Rusiyanı yox, həm də Çini əhatə edəcək effektli silahlara nəzarətə sadiq olduğunu təsdiqləyib”.

İki ölkə arasında qüvvədə qalan yeganə ikitərəfli nüvə silahı razılaşması 2010-cu ildə imzalanmış Yeni START müqaviləsidir.

Bu müqavilə tərəflərə ən çoxu 1550 aktiv nüvə başlığı və 700 aktiv raket və bombardmançı saxlamaq icazəsi verir.

Müqavilədə habelə onun şərtlərinə əməl olunmasının yoxlanması üçün ikitərəfli təftişlərin keçirilməsi nəzərdə tutulub.

Lakin bu müqavilə daha 5 illiyinə uzadılmasa 2021-ci ilin fevralında qüvvəsini itirəcək.

Rusiya müddətin uzadılmasına razıdır, lakin Trump bildirib ki, Çini də əhatə edəcək yeni müqavilənin imzalanmasını istəyir.

Pekin bildirib ki, bu sayaq danışıqlarda iştirak etmək marağı yoxdur.

İki prezident habelə kəskin düşən qlobal neft qiymətlərinin sabitləşdirilməsi tədbirlərini müzakirə edib.

Ağ Evin bəyanatına görə Trump söhbət zamanı deyib ki, “Birləşmiş Ştatlar koronavirus pandemiyasına qarşı mübarizədə ilk növbədə amerikalıları qorumağa çalışır, lakin eyni zamanda ehtiyacı olan istənilən ölkəyə yardım göstərməyə hazırdır”.

Putinin hər hansı yardım istəyib-istəmədiyi bilinmir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG