Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:48

Prezident Trump və spiker Pelosinin mübahisəsi ‘qarşılıqlı təhqirə’ çevrilir


Spiker Nancy Pelosi və prezident Donald Trump
Spiker Nancy Pelosi və prezident Donald Trump

Prezident Donald Trump və ABŞ Konqresinin spikeri Nancy Pelosi arasında söz müharibəsi qarşılıqlı şəxsi təhqir müstəvisinə keçib.

Bu hadisə Ağ Evlə demokrat millət vəkilləri arasında münasibətlərin son dərəcə gərgin olmasının göstəricisidir.

Gərginliyin artmasına səbəb Trump-ın özünə aid vergi və başqa maliyyə sənədlərinin açıqlanmasının qarşısını məhkəmə yolu ilə ala bilməməsi olub.

Bu sənədlərin verilməsini demokratların çoxluğa malik olduğu Nümayəndələr Palatasının Trump-ın maliyyə və biznes fəaliyyətini araşdıran komitələri tələb etmişdilər.

Bu arada Nümayəndələr Palatasının demokrat millət vəkilləri Trump-a qarşı impiçment proseduruna başlaması üçün spiker Nancy Pelosinin üzərinə təzyiqlərini artırırlar.

Prezident və spiker bir gün əvvəl Ağ Evdə görüşərək ölkədə körpü, yollar və başqa obyektlərin tikintisini nəzərdə tutan infrastruktur qanununu müzakirə etməli idilər.

Lakin Trump bu görüşü bir neçə dəqiqədən sonra hay-küylü bir şəkildə tərk edərək deyib ki, onun barəsində təhqiqatlara son qoyulmasa, Konqres demokratları ilə heç nəyi müzakirə etməyəcək.

Özünün mayın 23-də keçirdiyi həftəlik mətbuat konfransında Pelosi işarə edib ki, Trump-ın kənardan köməyə ehtiyacı var:

"Bir daha Birləşmiş Ştatların prezidenti üçün buradan dua edirəm. Arzu edirəm ki, onun ailəsi, administrasiyası və ya işçiləri bu ölkənin yaxşılığı naminə müdaxilə etsinlər. Bəlkə də onun məzuniyyətə ehtiyacı var”.

Bu çıxışdan bir neçə saat sonra Trump Pelosi barədə “Dəli Nancy” ifadəsini işlədib.

O "mən son dərəcə sabit dahiyəm” deyib. Trump habelə iddia edib ki, Pelosi Birləşmiş Ştatlar, Meksika və Kanada arasındakı ticarət sazişindən heç nə anlamır:

"O biabırçılıqdır. Gəlin açıq deyək, o bu şeyləri anlamır”.

Bu həftənin əvvəllərində ABŞ hakimlərindən biri onun bank sənədlərinin açıqlanmamasına dair Trump-ın vəkillərinin vəsatətini rədd edib.

Trump-ın yaşayış və iş yeri olan Nyu York ştatının millət vəkilləri onun vergi sənədlərinin məcburi qaydada Konqresə təqdim olunmasına yol açan qanunvericilik aktı qəbul ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG