Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:21

Trump və May İran və NATO barədə bəyanat veriblər


ABŞ prezidenti Donald Trump (solda) və Britaniyanın baş naziri Theresa May iyunun 4-də Londonda birgə mətbuat konfransı keçiriblər
ABŞ prezidenti Donald Trump (solda) və Britaniyanın baş naziri Theresa May iyunun 4-də Londonda birgə mətbuat konfransı keçiriblər

Britaniyaya dövlət səfərinin gedişində ABŞ prezidenti Donald Trump deyib ki, Vaşinqton və London İranın nüvə silahları istehsal etməməsinə və terrorizmə dəstəyini dayandırmasına “nail olmaq qətiyyətində” olduqlarını bildirirlər.

Trump iyunun 4-da baş nazir Theresa May-lə birgə keçirilən mətbuat konfransında deyib ki, nüvə silahlarının istehsalı və yayılması Birləşmiş Ştatlar və Britaniyanın üzləşdiyi ən böyük problemlərdir.

Hazırda Fars körfəzi hövzəsində İranla ABŞ və onun müttəfiqləri arasında gərginlik son dərəcə artıb.

Vaşinqton bir il əvvəl 2015-ci il nüvə sazişindən çıxdıqdan sonra Tehran üzərinə ağır iqtisadi sanksiyaları bərpa edib.

ABŞ prezidenti Donald Trump ötən il sazişi tənqid edərkən demişdi ki, bu razılaşmada İranın raket və nüvə proqramları, habelə onun Yaxın Şərqdəki “ziyanlı fəaliyyətləri” nəzərə alınmayıb.

Theresa May bildirib ki, o Trump-la “İranın regiondakı pozucu fəaliyyətlərinin önlənməsi üçün iki ölkənin birgə işinin mühümlüyünü” müzakirə edib.

O habelə deyib ki, London və Vaşinqton Tehranın nüvə silahı əldə etməyəcəyindən əmin olmalıdırlar.

Lakin May əlavə edib ki, ABŞ və Britaniya buna nail olmaq vasitələri məsələsində fərqli mövqedədirlər.

Baş nazir xatırladıb ki, ABŞ-ın bu razılaşmadan çıxmasına baxmayaraq Britaniya 2015-ci il sazişini dəstəkləməkdə davam edir.

Theresa May əlavə edib ki, eskalasiya heç bir tərəfin marağında deyil.

Trump mayın 30-da İranla danışıqlara hazır olduğuna işarə etmişdi. O demişdi ki, “onlar danışmaq istəsələr, mən hazıram”.

Lakin İranın ali rəhbəri ayətüllah Ali Khamenei hazırkı vəziyyətdə Vaşiqntonla hər hansı danışıqları rədd edir.

İyunun 4-də Khamenei deyib ki, İran Trump-ın danışıq təklifinə “aldanan deyil” və ABŞ İranı onun “raket qüdrətindən” məhrum edə bilməyəcək.

NATO məsələsinə gəlincə, Trump və May razılaşıblar ki, alyans müttəfiqləri hərbi xərclərini artırmalıdırlar.

Trump deyib ki, NATO müttəfiqlərinin öz ÜDM-lərinin 2 faizini hərbiyə xərcləməkdən başqa seçimi yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG