Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:06

Ağ Ev Trump və Poroşenkonun görüşünü ‘təmkinli’ qiymətləndirib


Petro Poroşenko (solda) və Donald Trump
Petro Poroşenko (solda) və Donald Trump

Ukrayna prezidenti Petro Poroşenko Vaşinqtonda ABŞ prezidenti Donald Trump-la qısa görüşü zamanı öz ölkəsinin demokratiya və islahatlara sadiq olduğunu bir daha bəyan edib və ABŞ-ı Ukraynaya Rusiya təcavüzü ilə çarpışmada dəstəyi davam etdirməyə çağırıb.

Bu görüş Ukrayna mediasında müsbət bir hadisə kimi geniş təhlil olunsa da, Ağ Ev görüşün əhəmiyyətini şişirtməməyə çalışıb.

Poroşenkonun Trump-la ilk görüşü, ABŞ prezidentinin Vladimir Putinlə görüşündən əvvələ təsadüf edib və Kiyevdə siyasətçilər bu məqama xüsusi əhəmiyyət veriblər. Trump-ın Putinlə ilk görüşünün gələn ay G20 qrupunun Almaniyada keçirləcək sammitində yer alacağı gözlənilir.

Bununla belə, Kiyevin ruh yüksəkliyinə baxmayaraq, ABŞ administrasiyasının iyunun 20-də keçirilən bu görüşü çox da qabartmaması Ağ Evin Kremli hirsləndirmək istəməməsinin əlaməti kimi qəbul edilib.

Poroşenko görüş zamanı vurğulayıb ki, 45 milyonluq Ukrayna Avropanın ən böyük ölkəsidir və öz azadlığı uğrunda mübarizə aparır.

Trump qısa şərhində görüşdən razı qaldığını deyib.

O deyib ki, “bizim bəzi çox-çox yaxşı müzakirələrimiz oldu və…düşünürəm ki çox tərəqqi əldə edildi”.

Bu görüşün ardınca Ağ Evin yaydığı qısa bəyanatda bildirilir ki, “tərəflər Ukraynanın şərqindəki münaqişənin dinc həlli məsələsini və prezident Poroşenkonun islahat gündəliyi və korrupsiya ilə mübarizəni müzakirə ediblər”.

Bu görüşdən əvvəl Poroşenko ABŞ prezidenti ilə onun Putinlə görüşündən əvvəl bir araya gəlməsini xüsusi vurğulamış və bunu “çox mühüm” adlandırmışdı.

Lakin Ağ Ev bu görüş barədə tədbirdən əvvəl çox təmkinli məlumat vermiş və bildirmişdi ki, “Trump özünün milli təhlükəsizlik müşaviri ilə görüşəcək və bu görüşə vise-prezident Mike Pence Ukrayna prezidenti Petro Poroşenko ilə birlikdə baş çəkəcəklər”.

Bununla belə, ABŞ Maliyyə Nazirliyi Poroşenkonu sevindirib. Ukraynanın Donbas regionunda Ukrayna hökumət qüvvələrinə qarşı döyüşən separatçılara, onların komandir və müttəfiqlərinə yeni sanksiyalar elan edilib.

Yeni sanksiyalara daxil edilənlərin arasında Ukraynanın şərqinə səfərbərlər yığan qeydiyyatsız agentlyin rəhbəri Dmitri Utkin də var.

Sanksiyalar siyahısına Sankt Peterburq biznesmeni Yevgeni Priqojin də daxil edilib. Onun firması Kremlə iaşə xidməti göstərir.

Təhlilçilərin fikrincə Petro Poroşenkonun Trump-la görüşündən əsas məqsəd Rusiya üzərindəki sanksiyaların davam etdirilməsinə əmin olmaq idi.

Bundan əvvəl Trump və onun yaxın çevrəsi Moskva üzərinə qoyulmuş sanksiyaların yumşaldılması mümkünlüyündən söz açmışdlar.

Lakin Ağ Evdə müxbirlərin suallarına cavab verən mətbuat katibi Sean Spicer deyib ki, Rusiya üzərinə qoyulmuş sanksiyaların səbəbləri qaldıqca sansksiyalar da davam edəcək. Bu səbəblərdən biri də Ukraynanın şərqində yaranmış münaqişə vəziyyətidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG