Keçid linkləri

Təcili xəbərlər
2023, 29 May, Bazar ertəsi, Bakı vaxtı 09:18

Trump-ın Ukraynaya yardımı dayandırmağa çalışdığı xəbər verilir


Separatçı Donetsk bölgəsində Ukrayna qadın hərbi qulluqçusu

Qərb mediasının verdiyi xəbərlərə görə ABŞ prezidenti Donald Trump Ukraynaya 250 milyon dollarlıq hərbi yardımın bloklanması məsələsini nəzərdən keçirir.

Administrasiyanın vəzifəli rəsmilərinə istinad edən Politico portalı və Reuters agentliyi bildirirlər ki, Trump Kiyevə göstərilən ABŞ yardımının yenidən qiymətləndirilməsinə göstəriş verib.

ABŞ Ukraynaya bu yardımı Şərqi Ukraynada Moskva tərəfindən dəstəklənən separaçılara qarşı mübarizə üçün göstərir.

Politico saytı avqustun 28-də yazıb ki, Ukraynaya göstərilən yardımın yenidən qiymətləndirilməsi, bu yardımın azaldılmasına cəhd kimi başa düşülməlidir.

Ağ Ev bu xəbərlərə hələlik heç bir reaksiya verməyib.

Birləşmiş Ştatlar Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra Rusiyaya qarşı sanksiyalar elan edib.

ABŞ dəfələrlə bildirib ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.

XS
SM
MD
LG