Keçid linkləri

2025, 18 Yanvar, şənbə, Bakı vaxtı 16:09

Avropa Şurası Trump-ın ‘özünəarxayın şıltaqlığını’ tənqid edir


Avropa Şurasının prezidenti Donald Tusk
Avropa Şurasının prezidenti Donald Tusk

Avropa Şurasının prezidenti Donald Tusk, onun təbirincə deyilərsə, ABŞ prezidenti Donald Trump-ın “özünə arxayın şiltaqlığını” pisləyib. Digər tərəfdən onun sözlərinə görə bu, “Avropanı bütün xülyalardan azad edib”.

Tusk bu bəyanatı mayın 16-da Bolqarıstan paytaxtı Sofiyada verib. Burada keçirilməsi planlaşdırılan Avropa İttifaqı sammitində ABŞ-ın İranla nüvə sazişindən çıxmaq qərarı və Trump-ın alüminium və polad idxalına qoyduğu əlavə rüsumlar məsələsi müzakirə ediləcək.

Tusk deyib ki, “Çinin yüksəlişi və Rusiyanın təcavüzkar mövqeyi kimi ənənəvi problemlərlə yanaşı indi də yeni fenomen peyda olub: “Amerika administrasiyasının özündən razı şıltaqlığı””.

Donald Tusk deyib : "Prezident Trump-ın son qərarlarına diqqət yetirərkın hətta düşünməli olursan: belə dostu olana düşmən lazımdlırmı? Amma səmimi danışsam, deməliyəm ki, Avropa prezident Trump-a minnətdar olmalıdır. Çünki biz onun sayəsində xülyalardan azad olmuşuq. O bizi inandırdı ki, sənə kömək əli lazım olanda öz əllərinə baxmalısan”.

Bununla yanaşı keçmiş Polşa baş naziri deyib ki, “Avropa transatlantik bağların qorunub saxlanması üçün bügünkü əhval-ruhiyyəyə baxmayaraq əlindən gələn hər şeyi etməlidir”.

Bundan bir gün əvvəl bu bağların saxlanmasının zəruriliyi barədə Almaniya kansleri Angela Merkel bəyanat vermişdi:

"Transatlantik bağlar hazırda və gələcəkdə ali mühümlüyünü saxlayır”.

Almaniya kansleri Trump-ın nüvə sazişindən çıxmaq qərarını “narahatedici xəbər” adlandırıb.

Mayın 15-də Brüsseldə İranın xarici işlər naziri Mohammad Javad Zariflə görüşən Britaniya, Fransa və Almaniya nazirləri 2015-ci il sazişinin saxlanmasına tərəfdar olduqlarını bildiriblər.

Zarif mayın 16-da deyib ki, bu görüşlər çox güclü siyasi mesaj göndərir, lakin indi sözdən hərəkətə keçmək vaxtıdır.

XS
SM
MD
LG