Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Trump Türkiyə alüminium və poladına rüsumu ikiqat artırır, lirə çökür


Ankaranın Amerika keşişini həbsdə saxlaması ilə bağlı diplomatik qarşıdurmanın davam etdiyi bir vaxtda ABŞ prezidenti Donald Trump deyir ki, o, Türkiyədən idxal olunan polad və alüminiuma qoyulan rüsumların ikiqat artırılmasına sərəncam verib.

Avqustun 10-da yazdığı Twitter postunda ABŞ prezidenti Türkiyə valyutası lirənin zəifləməsindən və “bizim çox güclü dollarımızdan” söz açıb.

"Mən elə indicə Türkiyə ilə əlaqədar Polad və Alüminiumun rüsumlarını ikiqat artıran sərəncam verdim. Türkiyə lirəsi bizim çox güclü dollarımıza nisbətdə sürətlə məzənnədən düşür. Alüminiuma rüsum bundan sonra 20, Polada qoyulan rüsum isə 50 faiz olacaq. Bizim Türkiyə ilə münasibətimiz hazırda yaxşı deyil".

Ötən iyun ayında Birləşmiş Ştatlar əsas qlobal partnyorlardan idxal olunan alüminiuma 10, polada 25 faizlik rüsum qoymuşdu.

Ankaranı hədəfləyən yeni rüsum hədəsi ikitərfli münasibətlərin amerikalı pastor Andrew Brunson-un Türkiyədə həbsi və mühakiməsi ilə eyni vaxta təsadüf edir.

Pastor 2016-cı ildən bəri “terrorçu qrupların üzvü olmadan onların adından cinayətlər törətmək” ittihamı ilə Türkiyə həbsxanasında saxlanır. Onu “kürd terror qrupları” ilə əlaqədə ittiham edirlər.

50 yaşlı Brunson-u 35 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir, lakin o məhkəməsinin davam etdiyi vaxtda, iyulun 25-dən ev məhbusluğuna keçirilib.

İyulun 26-da Donald Trump Brunson-un dərhal azad olunub Türkiyədən buraxılmasını tələb etmiş, əks halda Ankara üzərinə “böyük sanksiyalarla” hədələmişdi.

İndi isə rüsum hədələri Türkiyə lirəsini az qala çökmə nöqtəsinə çatdırıb. Lirə təkcə avqustun 10-da 19 faiz çəki itirib.

Ankara iqtisadiyyatın sabitliyini saxlıamaq üçün xərclərin azaldılması məqsədilə təcili tədbirlərə başlayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG