Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Aprel, Cümə, Bakı vaxtı 23:58

Trump "İlin Adamı" elan edildi


Donald Trump

ABŞ-ın “Time” jurnalı ABŞ prezidenti seçilən Donald Trump-ı “İlin adamı” elan edib.

Tramp jurnalın saytında keçirilən səsvermədə indiki ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Racep Tayyip Erdogan və ABŞ-da keçirilən prezident seçkisində Demokrat partiyasından rəqibi olan Hillary Clintonu geridə qoyub.

11 nəfərlik namizəd arasında Hindistanın baş naziri Narendra Modi, İngiltərə “Müstəqillik partiyası” nın lideri və “Brexit” tərəfdarı Nigel Farage, “WikiLeaks” saytının banisi Julian Assange, 4 dəfə olimpiya çempionu olan amerikalı kimnast Simone Biles, pop ulduzu Beyoncé Knowles və Facebookun banisi Mark Zuckerbergin də adları olub.

Qeyd edək ki, ötən il “Time” jurnalda “İlin adamı” adına Almaniyanın kansleri Angela Merkel layiq görülmüşdü.

Keçmiş ABŞ prezidentlərindən bu ada 2008-2012-ci illərdə indiki prezident Barack Obama, 2000-2004-cü illərdə George Bush,1992-ci ildə isə Bill Clinton layiq görülüb.

Həmçinin Bill Clinton 1998-ci ildə bu adı, onun impicment məsələsini qaldıran vəkil Ken Starr-la bölüşüb.

XS
SM
MD
LG