Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Trump deyir ki, Suriya barədə ‘kifayət qədər tez’ qərar qəbul ediləcək


Prezident Donald Trump deyib ki, Suriyada mümkün hərbi hərəkət barədə “kifayət qədər tezliklə” qərar qəbul ediləcək. O əlavə edib ki, Suriyada baş verdiyi iddia olunan kimyəvi hücuma cavab tədbirini müşavirləri ilə keçirdiyi bir neçə görüşdə müzakirə edir.

Bundan əvvəl Rusiyanın BMT-dəki səfiri Vaşinqtonu və onun müttəfiqlərini hərbi hərəkətdən çəkinməyə çağırmışdı.

Trump aprelin 7-də Suriyanın Duma şəhəri üzərinə hökumət qoşunları tərəfindən kimyəvi hücum edildiyinə dair iddialarla bağlı çox sərt bəyanat vermiş, Rusiyanı prezident Assad-I müdafiə etdiyinə görə tənqid etmiş və ABŞ raketləri ilə hədələmişdi.

Trump aprelin 12-də Tvitterdə yazıb: “Suriya üzərinə hücumun nə vaxt baş verəcəyini heç vaxt deməmişəm. Ola bilsin, bu, çox tez baş versin, ola da bilsin heç də çox tez baş verməsin. Bütün hallarda Birləşmiş Ştatlar mənim administrasiyam altında regionu İŞİD-dən təmizləməkdə böyük iş görüb. Amerikanın çoxsağolu hanı?”.

Aprelin 12-də ABŞ müdafiə naziri Jim Mattis demişdi ki, o Suriyada kimyəvi silahdan “bağışlanmaz” istifadənin baş verdiyinə şəxsən inanır.

Lakin Mattis Pentaqonun 2019-cu il büdcəsinin Konqresdə müzakirəsi zamanı hər hansı hərbi planların diskussiyasından imtina edib və deyib ki, millət vəkilləri hər hansı hərbi hücum barədə əvvəlcədən məlumatlandırılacaqlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG