Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 12:34

Trump Suriyadakı ABŞ qoşunlarını ‘çox tezliklə’ oradan çıxarmaq istəyir


ABŞ administrasiyasının vəzifəli rəsmisi deyib ki, prezident Trump özünün təhlükəsizlik komandası ilə müzakirəsinin ardınca Suriyadakı ABŞ qüvvələrini “bir qədər” uzun müddətə orada saxlamaq qərarına gəlib. Lakin prezident bildirib ki, ABŞ qoşunlarını uzun müddətə Suriyada saxlamaq fikrində detyil.

Həmin rəsmi, aprelin 4-də Reuters agentliyinə bildirib ki, Trump Suriyada İŞİD-in tam məğlub edildiyinə əmin olmaq istəyir.

Bu arada Ağ Evin sözçüsü Sarah Sanders aprelin 4-də deyib ki, ABŞ-ın Suriyadakı hərbi mövcudiyyəti uzun müddət üçün nəzərdə tutulmayıb.

O deyib ki, özünü İslam Dövləti adlandıran qruplaşma “demək olar tam məhv edilib”.

Trump-ın milli təhlükəsizlik direktoru Dan Coats aprelin 4-də bildirib ki, Ağ Ev Suriyadakı ABŞ qoşunları ilə bağlı mövqeyini “kifayət qədər tezliklə” bildirəcək.

Coats deyib ki, Trump özünün təhlükəsizlik komandası ilə “əhəmiyyətli müzakirə” aparıb.

Bu görüşdən az əvvəl Trump demişdi ki, Suriyadakı ABŞ qüvvələri barədə “çox tezliklə” qərara gəlmək fikrindədir.

O bildiirb ki, ABŞ qoşunlarının Suriyadakı İŞİD-i məğlub etmək missiyası başa çatıb.

Trump deyib: “Mən ordan çıxmaq istəyirəm. Mən qoşunlarımızı geriyə, evə gətrimək istəyirəm. Mən öz ölkəmin quruluculuğu ilə məşğul olmaq istəyirəm”.

Hazırda Suriyada ABŞ-ın xüsusi əməliyyat korpusu da daxil 2000 əsgəri qüvvəsi var. Bu qüvvələr Suriyadakl kürd qüvvələrinə hərbi müşavirlik funksiyasını icra edir.

AzadlıqRadiosunun məlumatına görə Trump-ın bəzi müşavirləri ABŞ-ın Suriya və İraqda qoşun saxlamasının mühümlüyündən danışırlar.

Associated Press agentliyi ABŞ rəsmilərinə istinadən xəbər verir ki, Trump-ın bütün milli təhlükəsizlik şurası, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mike Pompeo da daxil, prezidentə qoşunların Suriyadan çıxarılmasında tələsməməyi güclü şəkildə tövsiyə ediblər.

Aprelin 3-də keçirilən görüş zamanı ABŞ-ın Suriyadakı vəziyyətin sabitləşdirilməsi üçün 200 milyon dollarlıq yardımı da gündəlikdə idi. Lakin Trump Suriyadakı qoşunların tezliklə çıxarılması barədə məsələ qaldırdıqdan sonra bu yardımla bağlı qərar təxirə salınıb.

Suriya kürdlərinin rəsmi nümayəndəsi İlham Əhməd deyib ki, Trump-ın ABŞ qoşunlarını Suriyadan çıxarmaq qərarı bu bölgədə tam bir xaos yaradacaq.

Pentaqon rəsmiləri xəbərdarlıq ediblər ki, Suriyada Türkiyənin Afrin də daxil kürd rayonlarına hücum etməsi İŞİD-ə nəfəs almaq imkanı verir.

Trump-ın başqa müşavirləri də deyirlər ki, Suriyadan ABŞ qoşunlarının tələsik çıxarılması burada meydanı İran və Rusiyaya buraxacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG