Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:45

Trump-ın sözdən əmələ keçməsi


D.Trump
D.Trump

«İndiyədək millət prezident Trump-ın pafosunu, şişirtmələrini qəbul etməsə də, onlara adətkərdə olub. Onun aşırı bəyanatlarından çoxu unudulur. Amma son günlər cənab Trump-ın Ağ evdən eşidilən ritorikası okeanın o tayındakı iki çox çətin böhrana toxunur. Bu zaman sözlər hərəkətə, yaxud strategiyaya çevrilməsə, xeyli təhlükəli olar». «The Washington Post» qəzeti aprelin 7-də baş məqaləsində belə yazır.

Prezident Donald Trump aprelin 6-da bəyan edib ki, ABŞ qüvvələri Suriyada hərbi hava bazasına 50-dən çox raket atıb. Administrasiya bunu mülki vətəndaşlara kimyəvi hücuma cavab olaraq gerçəkləşdirdiyini bildirir.

QIRMIZI XƏTT

Qəzet yada salır ki, Trump həmin hücumdan sonra dərhal sələfi Barack Obama-nı suçlayıb, bunun «keçmiş administrasiyasının zəifliyinin və qətiyyətsizliyinin nəticəsi» olduğunu deyib. «Bir neçə il öncə D.Trump Suriyada hərbi əməliyyatlara qarşı çıxırdı. Obama kimyəvi silahlardan istifadəylə bağlı «qırmızı xətt»dən danışanda belə deyirdi. İndi Trump-ın son hücuma reaksiyası maraq doğurur. O, çərşənbə günü İordaniya kralı Abdullah-la görüşündə deyib ki, «indi bunun məsuliyyəti mənim boynuma düşür» və daha sonra da əlavə edib ki, bu, artıq bir neçə xəttin keçilməsi deməkdir: «Günahsız uşaqları, körpələri... kimyəvi öldürücü qazla boğanda... bu, artıq qırmızı xətdən də o tərəfə, xeyli xəttin keçilməsi deməkdir...».

Suriya ordusu
Suriya ordusu

«İndi D.Trump-ın sözünə necə əməl edəcəyi sualı yaranır. Suriya müharibəsi... asanlıqla çözüləcək düyün deyil. Birləşmiş Ştatlar Suriyada hərbi bazaya 50 raket atıb. Bu, altı il öncə vətəndaş müharibəsi başlanandan Suriya qüvvələri üzərinə ilk belə zərbədir. Növbəti addımlar diqqətlə atılmalıdır, çünki reaksiyalar təkcə döyüş meydanındakı durumu daha da pisləşdirməz, axı, burada Suriya rejimini Rusiya və İran dəstəkləyir», – məqalədə vurğulanır.

«STRATEJİ TƏMKİN»İN SONU

Qəzet yazır ki, D.Trump raket və nüvə silahı proqramı üzündən Şimali Koreyayla da artan gərginlik içindədir. O, Obama-nın «strateji təmkin» siyasətinin sonunun çatdığını anlayır, amma onu əvəzləyəcək yeni siyasət də elan etməyib. «The Financial Times»a müsahibə zamanı Trump-dan Pxenyanın nüvə təhlükəsinin azaldılmasında Çinin rolu haqda soruşublar. O da deyib ki, «Çin Şimali Koreya məsələsini həll etməsə, biz edəcəyik». Çinin köməyi olmadan bunu edə bilərmi? Bu suala isə «Tamamilə» cavabını verib.

«Bu, prezidentlər Bill Clinton, George W.Bush və Obama-nın qaçırdığı bir nəticə ehtimalını ortaya qoyur. Cənab Trump yanvarın 2-də Twitter-də yazıb ki, «Şimali Koreya təzəlikcə, Birləşmiş Ştatlara çata biləcək nüvə silahı istehsalının son mərhələsində olduğunu elan edib. Bu baş verməyəcək!». Bu ikibaşlı bəyanatlar hərəkət gözləntisini artırır. Cənab Trump bir çox keçmiş vədləri kimi, onlara havaya buraxa bilməz», – «The Washington Post» yazır.

XS
SM
MD
LG