Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:29

Trump-ın Suriya qərarı ABŞ müttəfiqlərini məyus, Putini məmnun edib


Donald Trump ABŞ qoşunlarının Suriyadan çıxarılmasına dair gözlənilməz qərarını müdafiə etməyə çalışıb.

Onun bu qərarı özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı döyüşən beynəlxalq koalisiyanın narahatlığına səbəb olsa da, Rusiya prezidenti Vladimir Putin tərəfindən alqışlanıb.

Trump dekabrın 20-də yazdığı bir neçə tvitdə bildirir ki, onun bu qərarı 2016-cı il seçki kampaniyası ərzində verdiyi vədə tamamilə uyğundur.

O habelə bildirir ki, Birləşmiş Ştatlar “Yaxın Şərqin polisinə” çevrilməməlidir və “ən nəhayət başqalarının da vuruşmaq vaxtı çatıb”.

Trump ABŞ qoşunlarının Suriyadan çıxarılmasına dair qəfil qərarını Twitter vasitəsilə yaydığı videoda bəyan edib və yazıb ki, Amerika əsgərləri Suriyada İŞİD üzərində “tarixi qələbələrdən” sonra nəhayət vətənə qayıdır.

Trump dekabrın 19-da yazdığı tvitdə qeyd edir ki, "biz qalib gəlmişik, onları əzmişik və çox pis əzmişik, indi qoşunlarımızın vətənə qaytarılması vaxtıdır”.

Bu videodan əvvəl ABŞ qoşunlarının Suriyadan çıxarılması qərarına dair xəbərlər artıq ABŞ millət vəkilləri və ABŞ-ın müttəfiqləri arasında narahatlığa səbəb olmuşdu.

Ağ Ev rəsmiləri mediaya bildiriblər ki, prezident Suriyadakı bütün ABŞ qoşunlarını çevik bir şəkildə oradan çıxarmağı qərara alıb.

Anti-İŞİD koalisiyasının əsas üzvləri olan Fransa, Britaniya və Almaniya Trump-ın İslam Dövləti ekstremist təşkilatı üzərində “qəti qələbəyə” dair bəyanatına skeptik yanaşıblar və bildiriblər ki, Suriyada hələ görüləcək çox iş var.

Fransa bəyan edib ki, anti-İŞİD koalisiyasındakı iştirakını davam etdirəcək. Fransanın Avropa işləri naziri Nathalie Loiseau dekabrın 20-də deyib: “İndilik biz əlbəttə Suriyada qalırıq. Orada terrorizm üzərində döyüş hələ başa çatmayıb”.

Britaniya hökumətinin dekabrın 19-da yayılmış bəyanatında da deyilir ki, Suriyada İŞİD-ə qarşı mübarizədə hələ görülməmiş işlər çoxdur:

"Qlobal koalisiya nəhəng tərəqqi edib. Lakin hələ çox işlər görülməlidir və biz cihadçıların hətta ərazisiz qaldıqları bir şəraitdə də təşkil etdiyi təhlükəni diqqətdən kənarda qoymamalıyıq”.

Britaniya müdafiə nazirinin müavini Tobias Ellwood yazdığı tvitdə fikirlərini daha açıq ifadə edib. O Trump-ın cihadçıların məğlub edildiyinə dair tvitinə cavab olaraq yazıb: “Mən qəti şəkildə razı deyiləm”.

Almaniya da Trump-ın qərarı ilə bağlı narahatlıq ifadə edib. Ölkənin xarici işlər naziri Heiko Maas deyib ki, “Amerika tərəfinin kursu qəfil dəyişməsi heç də təkcə bizi təəccübləndirməyib…”

Lakin Suriyada prezident Bashar al-Assad-ın əsas müttəfiqi olan Vladimir Putin dekabrın 20-də Moskvada keçirdiyi mətbuat konfransında Trump-ın İŞİD-in məğlub edilməsinə dair fikirləri ilə razılaşıb və bildirib ki, İŞİD-in məğlubiyyəti ABŞ qoşunlarının Suriyada qalmasına ehtiyac qoymur.

Rusiya prezidenti Vladimir Putin Trump-ın qərarını təqdir edib
Rusiya prezidenti Vladimir Putin Trump-ın qərarını təqdir edib

Putin çoxdan bəri belə bir fikri təlqin etməyə çalışırdı ki, ABŞ-ın Suriyada olması qeyri-legitimdir və Vaşinqton bunun üçün nə BMT-dən, nə də Assad hökumətindən icazə almayıb.

Putin mətbuat konfransında deyib: “ABŞ öz kontingentini çıxarmaq qərarı qəbul edibsə, deməli düzgün olanı edib”.

Bununla belə, Rusiya lideri ABŞ qoşunlarının Suriyadan çıxarılacağına o qədər də inanmadığını dilə gətirib. Onun fikrincə ABŞ dəfələrlə verdiyi vədlərinə baxmayaraq qoşunlarını 17 ildir ki, Əfqanıstandan çıxarmır.

ABŞ qoşunları kürd özünümüdafiə qüvvələri Suriya-Türkiyə sərhədi yaxınlığında (Foto arxivdəndir)
ABŞ qoşunları kürd özünümüdafiə qüvvələri Suriya-Türkiyə sərhədi yaxınlığında (Foto arxivdəndir)

Birləşmiş Ştatlarda bir çox respublikaçı və demokrat millət vəkilləri Trump-ın qərarını qətiyyətlə pisləyib. Onlar deyiblər ki, bu qərar qələbəni İran və Rusiyaya bağışlayıb.

Bir başqaları isə ABŞ qoşunlarının Suriyadan çıxarılmasının kürd döyüşçülərə qarşı xəyanət olduğunu bildiriblər.

ABŞ-ın Suriyada əsasən kürdlərdən ibarət müttəfiqi olan Suriya Demokratik Qüvvələri (SDQ) bəyan edib ki, prezidentin bu qərarının İŞİD-ə qarşı kampaniyada “çox neqativ” nəticələri olacaq.

SDQ-nin bəyantında deyilir ki, “qoşunların çıxarılması qərarı terrorçu təşkilatın tam məğlub edilməsi kampaniyasına zərbə vurub və bunun qlobal sabitlik və sülh üçün təhlükəli nəticələri olacaq”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG