Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Trump İD-in ‘fiziki xilafətinin’ məğlubiyyətini bəyan etməyə hazırlaşır


Donald Trump
Donald Trump

ABŞ prezidenti Donald Trump deyib ki, o gələn həftə İslam Dövləti ekstremist qrupunun “fiziki xilafətinin” məğlubiyyətini elan edə biləcək.

Fevralın 6-da 79 üzvü olan beynəlxalq koalisiyanın Vaşiqntonda keçiriklıən toplantısında Trump deyib:

"Birləşmiş Ştatların hərbiyyəsi, bizim koalisiya partnyorlarımız və Suriya Demokratik Qüvvələri əvvəllər Suriya və İraqda İD-in əlində olan ərazilərin demək olar hamısını əslində azad ediblər”.

O bu sözlərin ardınca və görünür qoşunların Suriyadan çıxarılması qərarına işarə ilə əlavə edib: “İndi biz döyüşçülərimizi vətəndə hərarətlə salamlamağa hazırlaşmalıyıq”.

Donald Trump ötən dekabrda ABŞ-ın 2 min əsgərlik hərbi qüvvəsini Suriyadan çıxarmaq qərarını elan etməklə ABŞ millət vəkillərini və beynəlxalq müttəfiqləri təəccübləndirmişdi.

Tənqidçilər bildirirlər ki, Suriyada ABŞ qoşunlarının çıxarılmasından sonra yaranacaq boşluqda İD və əl-Qaeda qüvvələri yenidən dirçələ bilər. Bu qüvvələrin müəyyən elementləri İraqda da qalır.

Sözü gedən toplantını giriş çıxışı ilə açan dövlət katibi Mike Pompeo müttəfiqlərə deyib ki, ABŞ qoşunlarının Suriyadan çıxarılması “Amerikanın İD-ə qarşı döyüşünün sonu deyil”. Pompeo bildirib ki, İD təhlükə olaraq qalır.

Pompeo müttəfiqləri əmin etməyə çalışıb ki, ABŞ İŞİD cihadçılarına qarşı mübarizəyə rəhbərlik etməkdə davam edəcək. Bununla yanaşı o başqa ölkələri də İD-in tamamilə məğlub edilməsinə dəstək verməyə çağırıb.

Dövlət katibi bildirib ki, qoşunların Suriyadan çıxarılması, “missiyanın dəyişməsi yox, əslində taktikanın dəyişməsi” deməkdir:

“Bu sadəcə olaraq köhnə döyüşün yeni mərhələsidir”.

Türkiyənin xaici işlər naziri Mevlüt Çavuşoğlu deyib ki, Ankara İD-in Suriyadakı “qüvvə boşluqlarından” fürsətlənməsinə və Suriyanın ərazi bütövlüyünün pozulmasına, habelə qonşu İraqın illi təhlükəsizliyinə zərbə vurulmasına yol verməməyə çalışacaq.

İraqın xarici işlər naziri Muhammad Ali al-Hakim koalisiya partnyorlarını İD-in İraqdakı “gizli sığnaqlarını” aşkar etməyə çağırıb.

Hakim bildirib ki, təhlükəsizlik qüvvələrinin təşəkkülündə və ölkə daxilindəki köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması işində onun ölkəsinin dəstəyə ehtiyacı olacaq.

Fevralın 5-də ABŞ Mərkəzi Hərbi Komandanlığının başçısı general Joseph Votel demişdi ki, “İD özünün liderlərini, döyüşçülərini, əməliyyatçılarını, resurs və ideologiyalarını qoruyub saxlamaqda davam edir”.

Bu arada ABŞ-ın Müdafiə Nazirliyinin fevralın 4-də yaydığı hesabatda deyilirdi ki, İD ABŞ qoşunları Suriyanı tərk etdikdən sonra, 6-12 ay ərzində mövqelərinə qayıda və hətta “məhdud ərazi” ələ keçirə bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG