Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Trump deyir ki, qoşunlar Suriyadan dərhal çıxarılmayacaq


ABŞ prezidenti Donald Trump deyib ki, Birləşmiş Ştatların qoşunları Suriyadan “müəyyən vaxt müddətində” çıxarılacaq. O bunu da əlavə edib ki, İslam Dövləti ekstremist qruplaşmasına qarşı mübarizədə ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərini müdafiə etmək istəyir.

Beləliklə də Trump Suriyada təxmini sayı 2000 olan əsgəri qüvvənin oradan planlı şəkildə çıxarılması üçün dəqiq vaxt bildirməyib.

Trump, ötən ay xəbər verildiyinə görə bir çox təhlükəsizlik müşavirlərinin iradəsi ziddinə olaraq, habelə millət vəkilləri və ya ABŞ-ın İD-ə qarşı mübarizədə müttəfiqləri ilə məşvərət etmədən qoşunların dərhal çıxarılacağını bəyan etmişdi.

Trump yanvarın 2-də Ağ Evdə keçirilən Kabinet iclasında deyib ki, o bu barədə verilən xəbərlərə rəğmən qoşunların dörd ay müddətində çıxarılacağına dair məsələni heç vaxt müzakirə etməyib.

Son günlərdə Trump Suriyadakı ABŞ qoşunlarının oradan təcili qaydada çıxarılacağına dair niyyətindən geri çəkilib və deyib ki, hərbçilərin Suriyanı tərk etməsi tədricən həyata keçiriləcək. O dekabrın 31-də yazdığı tvitdə bildirib:

"Biz yavaş-yavaş qoşunlarımızı ailələrinin yanına qaytarırıq, lakin eyni zamanda İslam Dövlətinin qalıqları ilə döyüşürük”.

Respublikaçı senator Lindsey Graham müxbirlərə deyib ki, Trump ABŞ qoşunları Suriyanı tərk etdikdən sonra Türkiyənin ABŞ tərəfindən dəstəklənən kürd YPG qüvvələri ilə toqquşmayacağından əmin olmaq istıəyir.

Graham-ın dediyinə görə Trump Ankaranı əmin edib ki, Türkiyənin öz maraqlarını müdafiə etməsi üçün Suriya daxilində bufer zonası olacaq.

Ankara YPG qüvvələrini qadağan edilmiş Kürdüstan İşçi Partiyası – PKK-nın bir qolu hesab edir.

ABŞ qoşunlarının Suriyadan çıxarılmasını planlaşdıran Amerika komandanları həmin qoşunların silah-sursatının İD-lə döyüşən YPG qüvvələrinə təhvil verilməsini tövsiyə ediblər.

Bu tövsiyələrin Türkiyəni hirsləndirəcəyi gözlənilir. ABŞ milli təhlükəsizlik müşaviri John Bolton bu həftə Ankaraya səfər edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG