Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Aprel, bazar, Bakı vaxtı 17:32

Trump ‘Şimal axını-2’-yə qarşı sanksiya layihəsini imzalayıb


Arxiv foto

ABŞ prezidenti Donald Trump, cümə günü "Şimal axını -2" qaz kəmərinin inşasında iştirak edən şirkətlərə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini imzalayıb. Əsas podratçı şirkət artıq bəyan edib ki, boru çəkilişini dayandırır.

Sanksiyalar Amerika vizalarının rədd edilməsini və "Şimal axını 2" və "Türk axını" layihələri ilə əlaqəli xarici vətəndaşların və firmaların Amerika aktivlərinin dondurulmasını nəzərdə tutur. Onlar müdafiə xərcləri qanun layihəsinin bir hissəsidir. Amerika rəsmiləri dəfələrlə Rusiya təbii qazının Almaniyaya ixrac ediləcəyi qaz kəmərini Avropanın enerji təhlükəsizliyinə təhdid adlandırıblar. Qanun layihəsində o, "məcburiyyət vasitəsi" adlanır.

Almaniya Amerikanın bu sanksiyalarını kəskin tənqid edib. Bu ölkənin xarici işlər naziri Heiko Mass "sanksiyaların Avropada qəbul edilən muxtar qərarlara müdaxilə olduğunu" söyləyib

Sanksiyalar "Şimal axını 2"-nin əsas podratçısı, dünyada Baltik dənizin dibi ilə misilsiz boru kəməri çəkən Pioneering Spirit şirkətinə məxsus Allseas firmasa ciddi zərər vura bilər.

Məlumatlarda bildirilir ki, dekabrın 18-də ABŞ senatorları Ted Kruz və Ron Johnson adı çəkilən şirkətə məktub göndərərək şirkətə "Çimal axını-2" layihəsi ilə bağlı şirkət aktivlərinin dondurlması, maliyyə institutları ilə əlaqələr, rəhbər şəxslərin Amerikaya səfərlərinə zərər vura biləcək bir sıra fəsadların ola bilcəyini xatırladıblar.

Sanksiyalar rəsmən yaxın həftələrdə qüvvəyə minməlidir. Bir həftə əvvəl Rusiyanın "Qazprom" şirkəti bildirib ki, sualtı məkanda işlərin dayandırılmasına beş həftəyə qədər vaxt lazımdır.

XS
SM
MD
LG