Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 03:50

Donald Trump AB-nin aparıcı liderləri ilə görüşəcək


Donald Trump

Donald Trump bu ayın sonu Brüsselə Amerika prezidenti kimi ilk xarici səfəri zamanı Avropa Birliyinin aparıcı liderləri ilə görüşəcək. Avropa Birliyi rəsmiləri bu məlumatı mayın 5-də təsdiqləyiblər.

Avropa Komisiyasının sədri Jean-Claude Juncker və Avropa Birliyi Şurasının prezidenti Donald Tusk-la görüş də Trump-ın NATO sammitinə qatılacağı günlə eyni vaxta – mayın 25-nə düşür.

Bu barədə Tusk-ın sözçüsü Preben Aamann öz twitter hesabında yazıb.

Bundan öncə Trumpın Britaniyanın Avropa Birliyindən çıxmasından sonra digər ölkələrin də bu birliyi tərk edəcəyi proqnozu avropalı liderləri qıcıqlandırmışdı.

Amma ötən ay “Financial Times” qəzetinə müsahibəsində Amerika prezidenti onu da deyib ki, Avropa Birliyinin “getdikcə onların birgə fəaliyyətinə” çevrildiyini düşünür, baxmayaraq ki, hələ də Brexit-in Avropa Birliyi və Britaniya üçün “çox yaxşı” olacağı fikrindədir.

Mayın 4-də Trump bildirmişdi ki, onun səfər marafonuna Səudiyyə Ərəbistan, İsrail və Vatikan da daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG