Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:41

Trump müttəfiqlərin metal rüsumlarından şikayətinə cavab verir


Ağ Evdən verilən məlumata görə ABŞ prezidenti Donald Trump fransalı hjəmkarı Emmanuel Macron-la telefon söhbəti zamanı deyib ki, ABŞ-ın Avropa ilə ticarət balanssızlığı barədə tədbir görülməlidir.

İki lider arasında telefon söhbəti mayın 31-də gecə saatlarında olub.

İyunun 1-də Avropa İttifaqı Trump-ın metal idxalına qoyduğu əlavə gömrük rüsumunun qanunsuzluğu barədə Dünya Ticarət Təşkilatına rəsmi şikayət təqdim edib.

Avropa İttifaqının kommersiya komissarı Cecilia Malmstrom bildirib ki, Aİ-nin ABŞ-ın yeni rüsumlarının qanunuliyini sorğu-suala çəkdiyi bir vaxtda ABŞ-la danışıqlar mümkünsüzdür.

Avropa İttifaqı rəsmiləri bunu da deyirlər ki, yaxın həftələrdə ABŞ-ın metal rüsumlarına qarşı əks-tədbirlər elan olunacaq.

İyunun 1-də Trump deyib ki, Kanada ABŞ-a qarşı məhdudlaşdırıcı pratikadan istifadə edir:

"Kanada bizim aqrar bizneslərimiz və fermerlərimizlə uzun müddət çox pis rəftar edib. Ticarətə çox böyük məhdudiyyət qoyulub! Onlar öz bazarlarlını açmalıdırlar və ticarət baryerlərini qaldırmalıdırlar!”

ABŞ Avropa, Kanada və Meksikaya metal rüsumunun tətbiqinə başlayır

Vaşiqnton mayın 31-də bəyan edib ki, iki aylıq istisna müddətinin bitməsi ilə bağlı Kanada, Meksika və Avropa İttifaqından alüminium və polad idxalına yeni gömrük rüsumlarının tətbiqinə başlayır.

Bir çox ekspertlərin fikrincə Vaşinqtonun bu qərarı ABŞ və onun əsas müttəfiqləri arasında ticarət müharibəsinə yol açacaq.

ABŞ kommersiya naziri Wilbur Ross deyib ki, iyunun 1-dən Avropa İttifaqı, Kanada və Meksikadan idxal olunan polada 25, alüminiuma isə 10 faizlik əlavə rüsum qoyulacaq.

Wilbur Ross
Wilbur Ross

Ross deyib ki, ABŞ bu barədə Kanada, Meksika və Avropa İttifaqı ilə danışıqlarını davam etdirəcək, “çünki həllini gözləyən başqa məsələlər də var”.

Lakin Fransa prezidenti Emmanuel Macron Vaşinqtonla hər hansı danışıqlar təklifini rədd edib və deyib ki, Trump-ın ABŞ-ın mürttəfiqləri üzərinə rüsumlar qoymaq qərarı “başqa danışıqların qapısını mahiyyət etibarilə bağlayır”.

Mayın 31-də Trump-la telefon söhbəti edəcəyini deyən Macron ABŞ-ın qərarını “qanunsuz” və “yanlış” adlandırıb.

Ross-un bəyanatından sonra maliyyə bazarlarındakı eniş onu göstərir ki, Trump-ın qərarı Qərb müttəfiqləri arasında “ticarət müharibəsinə” səbəb ola bilər.

Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, Trump bu qərarı müttəfiqlərin dəstəyinə ən çox ehtiyacı olduğu bir vaxtda qəbul edib.

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker mayın 31-də deyib ki, Avropa İttifaqının ABŞ-ın qərarına “əks-tədbirləri” qarşıdan gələn saatlarda elan ediləcək.

Juncker deyib ki, ABŞ-ın rüsumları “aydın və aşkar şəkildə proteksionizmdən başqa bir şey deyil”.

Avropa İttifaqının kommersiya komissarı Cecilia Malmstrom deyib ki, Brüssel bu məsələni Dünya Ticarət Təşkilatında çəkişməyə çıxarmağa hazırdır.

Britaniya Vaşinqtonun rüsumlar barədə bəyanatının “dərin məyusluq” yaratdığını deyib.

Hökumət sözçüsü deyib ki, Birləşmiş Krallıq və Avropa İttifaqı ABŞ-ın yaxın müttəfiqləri kimi tariflərdən birdəfəlik və tamamilə istisna edilməlidir.

Almaniya kansleri Angela Merkel deyib ki, Avropa İttifaqının qərarı “ağıllı, qətiyyətli və həmrəy” olacaq.

Merkel mayın 31-də deyib ki, Avropa İttifaqı ABŞ-ın bu qərarının Dünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu Vaşinqtonun nəzərinə çatdırıb.

Fransanın maliyyə naziri Bruno Le Maire deyib ki, Trump-ın qərarı “əsassız, əsaslandırılması mümkün olmayan və təhlükəli” addımdır.

Meksika hökuməti də bildirib ki, ABŞ-dan idxal olunan mallara əlavə rüsum qoyulacaq və bu rüsum ABŞ rüsumlarından dəyən ziyanının ödəməsinə hesablanacaq.

Kanadanın baş naziri Justin Trudeau deyib ki, ABŞ-ın rüsum qərarı “qeyri-məqbuldur” və Kanada buna qarşı özünün əks-tədbirlərini tətbiq edəcək.

Lakin Ross mayın 31-də deyib ki, hətta Avropa İttifaqı, Kanada və Meksika ABŞ-a qarşı əks-tədbirlər görsə də, bunun ABŞ iqtisadiyyatına təsiri çox az olacaq.

Bununla belə Trump-ın qərarı ABŞ-ın özündə də tənqid edilir. Respublikaçı konqresmen Kevin Brady deyib ki, Trump-ın rüsumları “yanlış hədəfi nişan alıb”.

Brady deyib ki, “ədalətsiz polad və alüminium ticarətindən danışılırsa, burada problem Avropa, Kanada və ya Meksika yox, Çindir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG