Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:09

Trump Rusiyanın ona seçkidə kömək etdiyini deyir və sonra özünü danır


Trump mayın 30-da jurnalistlərin suallarına cavab verərkən
Trump mayın 30-da jurnalistlərin suallarına cavab verərkən

ABŞ prezidenti Donald Trump deyib ki, Rusiya ona 2016-cı il prezident seçkisində qalib gəlməkdə kömək edib.

Bundan əvvəl prezident belə iddiaları acıqlı bir şəkildə inkar edirdi.

Trump Rusiyanın köməyi barədə qeydi mayın 30-da Twitter-də yazıb, lakin az sonra müxbirlərin sualları qarşısında dedikərini danıb.

ABŞ prezidenti Rusiyanın seçkiyə onun demokrat rəqibi Hillary Clinton üzərində qələbəsinə kömək üçün müdaxilə etdiyini dəfələtlə inkar edib.

Trump mayın 30-da belə bir tvit yazıb:

"Rusiyanın mənim seçilməyimə kömək etməsinin mənə heç bir dəxli yoxdur”.

Bundan az sonra müxbirlər ona Ağ Evin qarşısında bu tvit barədə sual verəndə, Trump israr edib ki, Rusiyanın müdaxiləsi seçkiyə təsir göstərməyib:

“Yox, Rusiya mənim seçilməyimə kömək etməyib. Mən özüm seçilmişəm. Rusiya mənə heç kömək etməyib”.

Bundan bir gün əvvəl Rusiyanın 2016-cı il ABŞ seçjkisinə müdaxiləsini, habelə Trump və onun komandasının Rusiya rəsmiləri ilə mümkün sövdələşməsini araşdıran xüsusi prokuror Robert Mueller ilk dəfə olaraq ictimaiyyət qarşısında çıxış edib.

Mayın 29-da keçirilən mətbuat konfransında Mueller deyib ki, Rusiya ABŞ seçkisinə müdaxilə üçün “çoxsaylı sistematik səylər” göstərib.

Mueller habelə deyib ki, “prezidentin federal cinayət törətmədiyinə dair əminliyimiz olsaydı biz bunu aydın şəkildə deyərdik”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG