Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:59

Trump yenə də Rusiya ilə yaxşı münasibətlərdən danışır


ABŞ prezidenti Donald Trump Vaşinqton və Moskva arasında daha yaxşı münasibətlərin vacibliyi barədə arqumentlərini təkrar edib.

O son vaxtlarda Rusiyanın Avropadakı hərəkətlərinə baxmayaraq Moskvanı təhlükə adlandırmaqdan yayınıb.

Avqustun 28-də Finlandiya prezidenti Sauli Niinisto ilə birlikdə keçirdiyi mətbuat konfransında fin jurnalistlər Trump-a Rusiya ilə münasibətlərdəki gərginlik barədə suallar veriblər. Onlar Trump-ın Rusiyanıkonkret olaraq təhlükə hesab edib-etmədiyini soruşublar.

Trump bu suala belə cavab verib: “Təəssüf ki, mən çox ölkələri təhlükə hesab edirəm…Lakin bütün bunlar o təhlükələrdir ki, biz onları lazım gəlsə, yoluna qoya bilərik”.

Bundan sonra jurnalistlər Trump-a Rusiya və Çinin bu yaxınlarda birgə keçirdikləri dəniz manevrləri və Baltik ölkələrinin yaxlınlığında planlaşdırılan başqa bir hərbi təlim barədə sual veriblər.

Trump deyib ki, “biz bu regiona himayədarıq…Bizim orada çoxlu dostlarımız var”.

Bunun ardınca ABŞ prezidenti Moskvaya münasibətini bildirib: “Mən bunu ucadan və aydın şəkildə deyirəm: Mən düşünürəm ki, Rusiya ilə əla münasibətlər, heç olmasa yaxşı münasibətlər çox yaxşı şeydir. Bu çox mühümdür və mən inanıram ki, bir gün bu baş verəcək. Bu böyük ölkədir. Nüvə ölkəsidir. Biz bu ölkə ilə yola getməliyik”.

Təhlilçilər bildirirlər ki, Trump, hətta onun yaxın adamlarının Rusiya ilə iddia olunan sövdələşmələrinin araşdırıldığı bir vaxtda da Rusiyaya münasibətdə barışdırıcı mövqe tutub.

Hazırda Trump komandasının indiki və keçmiş üzvlərinin Rusiya rəsmiləri ilə iddia edilən əlaqələrinə dair cinayət təhqiqatı aparılır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG