ABŞ prezidenti seçilmiş Donald Trump şənbə günü yazdığı bir neçə tvitdə Rusiya ilə yaxşı münasibətlərə qarşı çıxanları “axmaq adamlar” və “maymaqlar” adlandırıb.
Trump vəd edib ki, “DÜNYANIN bir sıra mühüm məsələlərini həll etmək üçün” Rusiya ilə işləyəcək.
O bu tvitləri ABŞ kəşfiyyatının hesabatı ilə tanış olduqdan sonra yazıb. Bu hesabatda deyilirdi ki, Rusiya prezidenti Putin seçkini udmaqda Trump-a kömək etmək istəyib.
Trump serverlərinə haker hücumuna görə demokratların özlərini “böyük səhlənkarlıqda” ittiham edib.
Şənbə günü yazdığı tvitlərdə Trump bildirir ki, Rusiya ilə yaxşı münasibət “pis şey deyil” və “yalnız axmaq adamlar” və ya maymaqlar bunun “pis bir şey” olduğunu düşünə bilərlər.
O əlavə edib ki, Rusiya ABŞ-a o prezident olanda daha çox hörmət edəcək.
Bundan əvvəl Donald Trump ABŞ-ın xüsusi xidmətlərinin pərəstişkarı olduğunu demişdi.