Keçid linkləri

Təcili xəbərlər
2020, 11 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 22:22

Trump Rusiya troll fabrikinə edilən kiberhücumdan danışıb


Donald Trump, 4 iyul 2020

ABŞ Prezidenti Donald Trump, Sankt-Peterburqda yerləşən İnternet Tədqiqat Agentliyinə 2018-ci ildə kiber hücum əmri verildiyini bildirir. O, bu barədə “The Washington Post” qəzetinə müsahibəsində deyib.

ABŞ Prezidenti Donald Trump, Sankt-Peterburqda yerləşən İnternet Tədqiqat Agentliyinə 2018-ci ildə kiber hücum əmri verildiyini bildirir. O, bu barədə “The Washington Post” qəzetinə müsahibəsində deyib. Qəzet yazır ki, hücum faktı ilə bağlı əvvəllər məlumatlar olsa da Amerika rəsmiləri indiyə qədər bunu təsdiqləməyiblər..

ABŞ-da hesab edirlər ki, troll fabriki kimi tanınan İnternet Tədqiqat Agentliyinin 2016-cı il prezident və 2018-ci il aralıq konqres seçkilərinə müdaxilədə əli var. Trump-a görə, onun prezidentliyə xələfi Barak Obama, prezident seçkilərindən əvvəl, Rusiya tərəfindən qarşıdakı manipulyasiyalar barədə məlumtlı olub, amma heç bir şey etməyib.

2019-cu ilin fevralında Washington Post qəzeti, ABŞ-ın aralıq seçkilər günü troll fabriki ofisinin internetsiz qaldığını yazmışdı. Sözügedən agentlik uğursuz adlandıraraq bu hücumu təsdiqləyib

Trump, sələfindən fərqli olaraq Rusiyaya qarşı daha sərt olduğunu bəyan edib. O, ABŞ-ın dünyanın ən böyük neft istehsal edən ölkəyə çevrildiyini və Vaşinqtonun Ukraynaya ölümcül silahlar verməyə başladığını bildirib. Bundan əlavə, Trump ABŞ-ın "Şimal axını" qaz kəmərinin inşasına qarşı da əsas rəqib olduğunu xatırladıb.

XS
SM
MD
LG