Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 10:53

Trump Rusiyaya qarşı sanksiyaları bir müddət saxlayacaq


Donald Trump, mətbuat konfransı, Nyu York, Trump Tower, 11 yanvar 2017

ABŞ prezidenti seçilən Donald Trump “Wall Street Journal”a müsahibəsində deyib ki, o, Rusiyaya qarşı sanksiyaları saxlayacaq, amma Rusiya ABŞ-a kömək edərsə, bu sanksiyaları qaldıra bilər.

Trump bildirib ki, Rusiya terrorizmlə mübarizədə və ABŞ-ı maraqlandıran digər məsələlərdə ciddi yardım edərsə, o bu sanksiyaları qaldırar:

“Əgər Rusiya real kömək edərsə, yaxşı iş görərsə, sanksiyalar niyə qalsın?”

Donald Trump deyib ki, prezident səlahiyyətlərinin icrasına başladıqdan bir müddət sonra Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir.

ABŞ Rusiyaya qarşı bir sıra sanksiyalar qoyub. Bu günlərdə Barack Obama Rusiyanın bu ölkəyənin siyasi qurumlarına kiberhücumlar təşkil etməsinə cavab olaraq bir çox Rusiya diplomatlarını ölkədən çıxartdı.

Rusiya ABŞ-a kiberhücumda rolu olduğunu təkzib edir.

XS
SM
MD
LG