Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:13

Trump Rusiya ilə biznes qurmaq cəhdlərini müdafiə edir


Trump və Putin son dəfə noyabrın 11-də Parisdə ayaqüstü salamlaşıblar
Trump və Putin son dəfə noyabrın 11-də Parisdə ayaqüstü salamlaşıblar

ABŞ prezidenti Donald Trump 2016-cı ildə prezidentliyə respublıkaçı namizəd olmağa çalışdığı bir vaxtda Rusiya ilə biznes qurmaq qərarını müdafiə edib.

G20 sammitinin keçirildiyi Buenos Ayresdən yazdığı silsilə tvitlərdə Trump biznes sövdələşməsini “çox qanuni” və “çox yaxşı” adlandırıb, lakin əlavə edib ki, o sonradan Rusiya layihəsindən əl çəkib.

"Hə elədir. Belə olub. Mən çox yaxşı inşaatçıyam, öz həyatımı xoşbəxt bir şəkildə yaşayıram. Birdən görəndə ki, bizim Ölkəmiz (yumşaq desək) səhv istiqamətdə gedir, bütün çətinliklərə baxmayaraq prezidentliyə namizəd olmağı qərara alıram və öz biznesimi də çox qanuni və çox yaxşı davam etdirirəm. Bu barədə kampaniya ərzində danışmışam...Bu arada hardasa, Rusiyada nəsə tikmək ideyasına da yüngülvari baxmışam. Ora sıfır pul qoymuşam, sıfır qarantiya vermişəm və layihəni də etməmişəm. Əcinnə ovu!”

Trump bu postları, onun uzun müddət şəxsi vəkili olmuş Michael Cohen Moskvada Trump-ın brendini daşıyacaq tikintini adı çəkilməyən Rusiya rəsmiləri ilə müzakirə etməsinin vaxtı və müddəti barədə Konqresə yalan dediyini etiraf edəndən bir gün sonra yazıb.

Cohen əvvəlcə demişdi ki, bu sövdələşmə barədə danışıqlar 2016-cı ilin yanvarında dayandırılıb, halbuki xüsusi prokuror Mueller-in məhkəməyə təqdim etdiyi sənədlərdə bu danışıqların iyun ayınadək davam etdiyi göstərilirdi. Bu isə həmin vaxt idi ki, Trump ABŞ prezidentliyinə namizdəlik üçün respublikaçıların nominasiyasını almağa yaxınlaşmışdı.

Cohen etiraf edib ki, 2017-ci ilin avqustunda verdiyi ifadədə məhz bu və başqa detallar barədə Senatın Kəşfiyyat Komitəsinə yanlış məlumat verib.

Cohen noyabrın 29-da istintaqla təqsirin etirafı və əməkdaşlıq razılaşması əldə etdikdən sonra, Trump onu “zəif adam” və “çox da ağıllı olmayan birisi” adlandrıb.

ABŞ xüsusi prokurorunun ofisi hazırda Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsini və Trump kampaniyası ilə Rusiya rəsmiləri arasında mümkün sövdələşməni araşdırır.

Trump bu araşdırmanı dəfələrlə “əcinnə ovu” adlandırıb.

Noyabrın 30-da Ağ Ev bəyan edib ki, bu təhqiqat çox güman Rusiya və Birləşmiş Ştatlar arasındakı münasibətlərə ziyan vurub.

Ağ Evin sözçüsü Sarah Sanders deyib: "Təəssüf ki, bu, bizim Rusiya ilə münasibətlərimizi zədələyib”. Sanders Mueller-in təhqiqatını “Rusiya Əcinnə Ovu” adlandırıb:

"Buna baxmayaraq bizim görüşümüzün ləğv edilməsinin səbəbi Ukraynadır. Ümid edirik ki, bu məsələ tezliklə həllini tapsın və məhsuldar söhbətlər başlansın”.

Bundan əvvəl Trump Twitter-də yazmışdı ki, Putinlə görüşünü Rusiyanın Ukrayna gəmilərini və dənizçilərini tutmasına görə ləğv edib.

O bu bəyanatı Cohen təqsirini etiraf edəndən az sonra verib.

Xüsusi prokuror Robert Mueller indiyədək 20-ə qədər Rusiya vətəndaşına və şirkətinə, habelə Trump-ın bir sıra yoldaşlarına qarşı cinayət işləri qaldırıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG