ABŞ prezidenti Donald Trump-ın Konqresdəki respublikaçı müttəfiqləri 2016-cı il seçkisində Trump-ın seçki kampaniyası ilə Rusiya arasında mümkün sövdələşmə məsələsinə görə Birləşmiş Ştatlar Ədliyyyə Nazirliyinin vəzifəlisi üzərinə hücuma keçərək bu araşdırmaya “birdəfəlik son qoyulmasını” tələb ediblər.
Respublikaçı konqresmen Trey Gowdy Konqresin Ədliyyə komitəsinin iyunun 28-də keçirilən dinləməsində acıqlı şəkildə baş prokurorun müavini Rod Rosenstein-in üstünə qışqırıb: “Əgər sizin Trump kampaniyasının hər hansı üzvünün hər hansı səhv iş gördüyünə dair sübutunuz varsa, bunu lənətə gəlmiş Böyük münsiflərə təqdim edin”.
Xüsusi prokuror Robert Mueller Trump-ın yoldaşlarının Rusiya rəsmiləri ilə mümkün əlaqələrini araşdırır və bu mənada Rosenstein bu araşdrımanın rəhbəri hesab olunur.
Gowdy Rosenstein-ə deyib: “Əgər sizin bu prezidentin bir səhv əməlinə dair sübutunuz varsa, bunu Amerika xalqına təqdim edin. Nəyiniz varsa açın, çünki bu ölkə parçalanır”.
Trump-ın dəstəkçiləri kimi tanınan konqresmenlər Jim Jordan və Matt Gaetz də Rosenstein-in üzərinə sərt bəyanatlarla hücum ediblər.
Trump öz seçki kampaniyası ilə Rusiya arasında hər hansı sövdələşmənin olduğunu israrla danır.
Prezident və onun respublkikaçı dəstəkçiləri Rosenstein və Mueller üzərinə vaxtaşırı hücuma keçir, araşdırmanı “əcinnə ovu” adlandırırlar.
Ümumilikdə Mueller-in cinayət araşdırması 20 nəfərə qarşı cinayət işlərinin qaldırılması ilə nəticələnib.
Barəsində cinauət işi qaldırılanlardan biri də Trump-ın birinci milli təhlükəsizlik müşaviri Michael Flynn və onun keçmiş kampaniya rəhbəri Paul Manafort-dur.
İndiyədək Flynn və Manafort-un biznes şəriki Rick Gates də daxil 5 nəfər təqsirlərini etiraf ediblər.
Manafort özünə qarşı bütün ittihamları rədd edir.