Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:23

Trump-ın Qolan təpələri ilə bağlı dediyini pisləyirlər


BMT sülhməramlısı Qolan yüksəkliyində (2016)
BMT sülhməramlısı Qolan yüksəkliyində (2016)

Türkiyə, İran və Suriya ABŞ Prezidenti Donald Trump-ın Qolan təpələri ilə bağlı bəyanatını pisləyiblər. Trump deyib ki, Vaşinqtonun bu təpələr üzərində Vaşinqtonun suverenliyini tanımasının vaxtı çatıb.

Rusiya isə ümidini bildirib ki, Trump-ın bəyanatı “elə çağırış olaraq” qalacaq.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan martın 22-də bildirib ki, Trump-ın addımı regionu böhranın qırağına gətirib. “Qolan təpələrinin işğalının legitimləşdirilməsinə icazə verə bilmərik”, – Erdogan İslam Əməkdaşlığı Təşkilatının iclasında deyib.

Suriyanın Xarici İşlər Nazirliyinin bəyanatına görə, Dəməşq “Trump-ın Suriyanın işğal olunmuş Qolan təpələri barədə məsuliyyətsiz bəyanatlarını qətiyyətlə pisləyir”.

Suriya Prezidenti Bashar al-Assad rejiminə dəstək verən İran da Trump-ın bəyanatını təhlükəli adlandırıb. “Trump-ın şəxsi və pis-niyyətli qərarı təhlükəlidir, Yaxın Şərqdə böhranı daha da dərinləşdirə bilər”, – İran XİN-in sözçüsü Bahram Qasemi martın 22-də deyib.

Kreml isə ümid edir ki, Trump-ın bəyanatı elə çağırış kimi də qalacaq. “İndilik ancaq çağırışdır. Ümid edək ki, çağırış olaraq qalacaq”, – Kremlin sözçüsü Dmitry Peskov deyib.

***

Trump Qolan təpələrini İsrail torpağı kimi tanımağı təklif edir

ABŞ prezidenti Donald Trump martın 21-də deyib ki, ABŞ-ın Qolan təpələri üzərində İsrailin suverenliyini tanımasının vaxtı çatıb. O növbəti tvitində yazıb:

"52 ildən sonra Birləşmiş Ştatların İsrailin Qolan təpələri üzərində tam suverenliyini tanımasının vaxtı çatıb. Bunun İsrail dövlətinin təhlükəsizliyi və regional stabillik sferasında kritik, starteji mühümlüyü var”.

Qolan təpələri və ya Qolan yüksəklikləri 1967-ci ilədək Suriyanın bir hissəsi idi. Lakin 1967-ci ilin iyununda baş vermiş altıgünlük müharibədə bu ərazinin böyük bir hissəsi İsrailin nəzarətinə keçib.

Sonralar, 1981-ci ildə İsrail bu ərazinin öz torpağı olması barədə qanun qəbul edib. BMT Təhlükəsizlik Şurası bu qanunu tanımayıb. BMT Qolan təpələrinin ilhaqını qanunsuz elan edən bir neçə qətnamələr qəbul edib və İrsaili bu ərazini Suriyaya qaytarmağa çağırıb.

Qolan yüksəklikləri
Qolan yüksəklikləri

Suriyada vətəndaş müharibəsi illərində, 2018-ci ilədək Qolan təpələrinin Suriyanın nəzarətində olan hissəsini anti-Assad qiyamçılar zəbt etmişdilər. Amma hazırda bu ərazi Suriya hökumət qoşunlarının nəzarətindədir.

Bu, İsrail rəhbərliyinin dərin narahatlığına səbəb olub. İsrailin keçmiş müdafiə naziri Avigdor Liberman AzadlıqRadiosuna müsahibəsində demişdi ki, “biz İranın Suriyanı özünün forpostuna çevirməsini qəbul etməyə hazır deyilik” və buna görə də, onun sözlərinə görə “İsrail İranın Suriya ərazisində hər hansı hərbi mövcudluğunu məhv etməyə çalışacaq”.

ABŞ dövlət katibi Mike Pompeo Qolan yüksəkliklərinin İsrail ərazisi kimi tanınması prosesinin necə gedəcəyini izah etməyib, lakin artıq İsrailin baş naziri Benjamin Netanyahu bu təklifinə görə Trump-a təşəkkürünü bildirib:

"İranın İsraili məhv etmək üçün Suriyadan platforma kimi istifadə etdiyi bir vaxtda prezident Trump cəsarətlə Qolan təpələri üzərində İsrailin suverenliyini tanıyır. Çox sağ olun, prezident Trump”.

Trump hakimiyyətə gəldiyi gündən bəri israilyönlü siyasət yürüdür.

ABŞ 2018-ci ilin mayında İsraildəki səfirliyini Tel Əvivdən Yerusəlimə köçürüb.

Berləliklə ABŞ Yerusəlimi rəsmən İsrail dövlətinin paytaxtı kimi tanıyıb.

BMT-nin üzvlərindən 128 ölkə şəhərin mübahisəli statusunu nəzərə alaraq bu qərarın əleyhinə səs verib. Lakin Vaşinqton qərarını dəyişməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG