Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 05:30

Moskvanın əlində Trump-ın qeyri-adi seksual hərəkətləri barədə kompromat var?


Rusiya, Kreml

ABŞ-ın yeni prezidenti seçilmiş Donald Trump haqqında Rusiyanın əlində ciddi kompromatların olmasıyla bağlı səs-küylü dosyenin müəllifi, britaniyalı sabiq xüsusi xidmət əməkdaşı Christopher Steele, sən demə, kəşfiyyat aləmində yüksək etibara malik nüfuzlu şəxs imiş. Xüsusi xidmət sahəsinin ekspertləri onun dosyedəki iddiaları özündən uydurduğuna inanmırlar.

52 yaşlı Steele Britaniyanın kəşfiyyat orqanı olan MI6-da işləyib. Xarici ölkələrdə, o cümlədən 1990-cı illərin əvvəllərində Moskvada xidmət edib. Təqaüdə çıxandan sonra 2009-cu ildə “Orbis Business İntelligence” adlı şirkət qurub. Müştərilərə strateji məsləhət, məlumat toplama, müxtəlif ölkələrdə təhqiqat aparma xidmətləri göstərib.

Buna da bax: "MTN-də elə vurdular ki, implant dişlərim sındı"

“Mən onu səriştəli, işini bilən peşəkar əməliyyatçı kimi tanıyıram. Nəyinsə xatirinə özündən nəsə uydurmasına qətiyyən inanmıram”, – Britaniyanın 1995-2000-ci illərdə Rusiyada səfiri işləmiş Andrew Wood belə deyib.

Trump özü sözügedən iddialara “Twitter” sosial şəbəkəsində münasibət bildirib. Onun fikirlərini “siyasi rəqiblərinin və uğursuz bir casusun qurama iddiaları” adlandırıb.

Dmitry Peskov, Moskva, 8 noyabr 2016
Dmitry Peskov, Moskva, 8 noyabr 2016

Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov da iddiaların əsassız olduğunu söyləyib. İddiaların müəllifinin isə Kremlə, ümumiyyətlə, tanış ad olmadığını bildirib.

Ruslar Trump-ın yaxın ətrafı ilə sıx əməkdaşlıq ediblər?

Deyilənə görə, dosye ABŞ-dakı son prezident seçkiləri ərəfəsində hazırlanıb. Oktyabrda Vaşinqtonda müzakirə olunub. Lakin ayrıntıları geniş ictimaiyyətə indiyədək açıqlanmayıb. Dosyedə bildirilir ki, Demokratlar Partiyasının internet hesablarına haker hücumunun təşkilində ruslar Trump-ın yaxın ətrafı ilə sıx əməkdaşlıq ediblər. Dosyedə yer alan ən səs-küylü iddia isə budur ki, guya Moskvanın əlində Trump-ın qeyri-adi seksual hərəkətləri barədə kompromatlar var. Hələlik, bu iddialar öz təsdiqini tapmayıb.

Keçmiş səfir Andrew Wood-un sözlərinə görə, noyabrda keçirilən təhlükəsizlik konfransının gedişində senator McCain ondan xahiş edib ki, Steele-lə əlaqəsindən istifadə edib dosyenin bir nüsxəsini ona çatdırsın. A. Wood hazırda Londondakı “Chatham House” adlı strateji araşdırma mərkəzində işləyir.

Buna da bax: MTN-də məmur-biznesmendən 1 milyon istəyib, 300 min alıblar

“Associated Press” informasiya agentliyi bu haqda Britaniya kəşfiyyatının üç müxtəlif əməkdaşı ilə söhbət edib. Onların hər üçü Steele-i Rusiya barədə çox məlumatlı və bu ölkədə yüksək səviyyəli informasiya mənbələrinə malik şəxs kimi xarakterizə edib. Təsadüfi deyil ki, Steele MI6-da rəhbər şəxslərdən olmasa da, Kremlin tənqidçisi Alexander Litvinenko-nun – 2006-cı ildə mühacirətdə olduğu Londonda polonium-210 radioaktiv maddəsi ilə zəhərlənərək öldürülən sabiq DTK zabitinin işinin təhqiqatına cəlb olunub.

Alexander Litvinenko, 25 noyabr 2006
Alexander Litvinenko, 25 noyabr 2006

Wood Rusiyadakı mənbələrin Steele-ə yanlış məlumat ötürməsi ehtimalına inanmır. Onun sözlərinə görə, Steele-in hazırda gizlənməsi təəccüblü qarşılanmamalıdır. Axı Rusiya onun informasiya mənbəyini mütləq öyrənməyə çalışacaq.

Kompromat elə bir şeydir ki...

Chatham House-da Rusiya və Avrasiya proqramının rəhbəri James Nixey-nin sözlərinə görə, kompromat ictimaiyyətə açıqlanmayana qədər güclü bir vasitədir. Üstündə daşıdığın və rəqibi qorxudan bir silah kimi. Açıqladıqdan sonrasa aidiyyəti şəxs məhv olsa da, artıq həmin kompromatın bir gücü qalmır.

Britaniya ilə Rusiya arasında casus qalmaqallarının tarixi çox zəngindir. Britaniyanın Rusiyanın Yekaterinburq şəhərindəki müşavirinin müavini James Hudson 2009-cu ildə fahişə olduqları ehtimal edilən qadınlarla görüntülərinin yayımlanmasından sonra istefa verməli olmuşdu. Başqa bir halda, sabiq baş nazir Tony Blair-in yüksək vəzifəli bir işçisi Britaniya xüsusi xidmət orqanlarının Moskvada casusluq məqsədilə fırıldağa əl atdıqlarını etiraf etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG