Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:43

Trump hökumətin bağlanmaması üçün qanunu imzalayacaq, amma…


ABŞ Senatı hökumətin yenidən bağlanmasının qarşısını alan, lakin prezident Trump-ın sərhəd divarı üçün istədiyi vəsaiti ayırmayan kompromis maliyyə tədbirinə dair aktı böyük səs çoxluğu ilə qəbul edib.

Ağ Ev fevralın 14-də bildiriib ki, Trump bu qanun layihəsini imzalamaq niyyətindədir, lakin dərhal bunun ardınca ölkə boyunca həyəcan elan edəcək.

Bu addım ona başqa məqsədlər üçün nəzərdə tutulmuş vəsaitdən Meksika-ABŞ sərhədində divarın tikintisi üçün lazım olan pulu ayırmaq imkanı verəcək.

Demokratlar bildirirlər ki, ölkə sərhədində heç bir fövqəladə vəziyyət yaranmayıb. Onlar prezidentin belə tədbiri ilə bağlı məhkəməyə müraciət edəcəklərini deyiblər.

Sözü gedən qanun layihəsi fevralın 14-də 83 leyhinə, 16 əleyhinə olmaqla qəbul edilib və gecəyarısına təyin edilmiş son möhlət bitmədən səsvermə üçün Nümayəndələr Palatasına göndəriləcək. Qanun layihəsi burda da qəbul olunduqdan sonra imzalanması üçün Trump-a veriləcək.

Trump yanvarın axırlarında hökuməti müvəqqəti olaraq fevralın 15-dək açan qısamüddətli qanunu imzalmışdı.

Hökumətin qapanmasına səbəb demokratların Trump-ın sərhəd üçün istədiyi vəsaitin ayrılmasına yol verməməsi olmuşdu.

Trump iddia edir ki, sərhəddə hasarın tikintisi qanunsuz miqrant axınının qarşısını alacaq. Demokratlar isə sərhəd divarına pul xərcləməyin mənasız olduğuna inanırlar.

Yeni razılaşmada divar tikintisi üçün vəsait nəzərdə tutulmasa da, ABŞ-ın cənub sərhədi boyunca təhlükəsizliyin gücləndirilməsi üçün müəyyən maliyyə ayrılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG