Keçid linkləri

Təcili xəbərlər
2023, 05 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:12

Trump Putinlə görüşəcəyini, Moskva bundan xəbəri olmadığını deyir


ABŞ prezidenti Donald Trump deyib ki, o Rusiya lideri Vladimir Putinlə iyun ayında Yaponiyada keçiriləcək G20 sammiti zamanı görüşəcək.

Trump bu barədə bəyanatı mayın 13-də Ağ Evdə Macarıstanın baş naziri Viktor Orbanı qəbul etməzdən əvvəl verib.

Lakin Rusiyanın Interfax agentliyi Kremlin sözçüsü Dmitry Peskova istinadən bildirib ki, Vaşinqton Trump və Putin arasında hər hansı bir görüş üçün müraciət etməyib:

"Heç bir müraciət olmayıb. Bu barədə heç razılaşma da olmayıb”.

Bundan əvvəl Rusiyanın Kommersant qəzeti ABŞ Dövlət Departamentinin adı çəkilməyən rəsmisinə istinadən yazmışdı ki, Ağ Ev Trump və Putin arasında görüş üçün Kremlə müraciət edib.

Trump-ın bu bəyanatından əvvəl xəbər verilmişdi ki, dövlət katibi Mike Pompeo mayın 14-də Soçi şəhərində Putin və xarici işlər naziri Sergei Lavrovla danışıqlar aparacaq.

Ötən həftə jurnalistlərə brifinqində Dövlət Departamentinin rəsmisi Pompeonun Trump-Putin görüşünə hazırlıq işi aparıb-aparmayacağına dair suala cavab verməkdən boyun qaçırmışdı.

Bu ayın əvvəllərində Putin və Trump telefonla danışmış və onların Venesuela, Ukrayna, İran və Rusiyanın ABŞ seçkisinə müdaxiləsini araşdıran Robert Mueller-in hesabatı məsələlərini müzakirə etdikləri xəbər verilmişdi.

Trump deyib ki, o G20 sammiti zamanı habelə Çin lideri Xi Jinpinglə görüşəcək.

Vaşinqton və Pekin hazırda getdikcə şiddətlənən ticarət müharibəsindədirlər.

Bu çəkişmə birjaları silkələyib və dünyanın iki ən böyük iqtisadiyyatı arasında uzun illər davam edən münasibətlərə ziyan vuracağından narahatlıq yaradıb.

XS
SM
MD
LG