Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Trump deyir ki, Putinə heç nədə güzəştə getməyib


ABŞ prezidenti Donald Trump deyib ki, o Rusiya prezidenti Vladimir Putinlə görüşdə “heç nəyi qurban verməyib”.

İyulun 23-də yazdığı tvitdə Trump bir daha Putinlə “yaxşı yola getdiklərini” və bunun “yaxşı şey” olduğunu təkrar edib. O, öz sözlərinə görə “korrupsiyalı medianı” bu sammiti mənfi çalarlarla işıqlandırmaqda ittiham edib.

Putin və başqa rusiyalı rəsmilər iddia edirlər ki, Trump və Putin iyulun 16-da Helsinkidə keçirilən sammitdə bir neçə razılaşma əldə ediblər.

ABŞ rəsmiləri bu görüş zamanı hər hansı razılaşmaların əldə edildiyi barədə hər hansı razılaşmaların əldə olunması barədə heç nə deməyiblər.

"Siz Saxta Xəbərlərin mənim prezident Putinlə görüşüm barədə neqativ məlumatlarını, mənim bütün qurban verdiklərim barədə eşidəndə, yadda saxlayın ki, mən HEÇ NƏDƏ güzəştə getməmişəm. Biz əslində ölkələrimiz üçün gələcək faydalar barədə söhbət etmişik”.

Bundan əvvəl iyulun 23-də Trump ABŞ kəşfiyyatının Rusiyanın seçki müdaxiləsinə dair öncə verdiyi bəyanatla ziddiyyət təşkil edən fikirlər yazıb.

Trump yazıb ki, onun xələfi – prezident Barack Obama Rusiyanın seçki müdaxiləsi barədə 2016-cı ilin noyabrından əvvəl bilib.

“Onda o niyə bizim kampaniyaya bu barədə heç nə deməyib? Çünki bütün bunlar böyük bir uydurmadır”.

Bunun ardınca Ağ Evin sözçüsü prezidentin tvitinə aydınlıq gətirərək deyib ki, o, Rusiyanın seçki müdaxiləsini yox, özünün Rusiya ilə hər hansı sövdələşməsinin olmadığını nəzərdə tutub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG