Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Trump Putinlə görüşün ‘mümkün’ olduğunu deyib


ABŞ prezidenti Donald Trump deyib ki, bu yay Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi “mümkündür”. O bunun ardınca bir daha Moskvanın inkişaf etmiş ölkələrin G7 – Yeddilər qrupuna təkrar dəvət edilməsini istədiyini bildirib.

Jurnalistlərlə Ağ Evin qarşısındakı çəmənlikdə görüşən Trump öz sələfi Barack Obamanı Rusiyanın Ukraynanın Krım yarımadasını tutmasına yol verdiyinə görə tənqid edib.

Rusiya o vaxt G8 adlanan ölkələr qrupundan 2014-cü ildə Krımı hərbi müdaxilə ilə ilhaq etdikdən və Ukraynanın şərqində separatçı hərəkat başlatdıqdan sonra xaric edilib.

Trump bu ayın əvvəlində Kanadada keçirilmiş G7 sammitinin ərəfəsində “Rusiyaya qrupa yenidən qoşulmaq imkanı verilməlidir” deməklə müttəfiqlərini şoka salıb.

Trump iyunun 15-də jurnalistlərə deyib ki, Krımın ilhaqı Obamanın təqsiri olub.

"Putin prezident Obamaya hörmət etmirdi…başa düşürsünüz ki, prezident Obama Krımı itirib. Düşünürəm ki, prezident Obama Putini xoşlamırdı…Rusiya ilə yola getməməkdənsə, getmək daha yaxşıdır”.

Trump-ın Putinlə mümkün görüş barədə bu bəyanatından əvvəl Rusiya prezidenti iyunun 10-da demişdi ki, o Trump-la Birləşmiş Ştatların belə bir sammitə hazır olduğu istənilən vaxtda görüşməyə hazardır.

Trump çoxdan bəridir ki, Moskva ilə daha yaxşı münasibətlərə çalışır, lakin onun administrasiyası Obamanın Rusiyaya dair siyasətini davam etdirir.

Demokratlar və bir çox respublkikaçılar Trump-ı Rusiya ilə daha sərt davranmağa çağırırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG