Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:58

Trump Putini Ağ Evə dəvət edibmiş


Kremlin vəzifəli rəsmilərindən biri deyib ki, ABŞ prezidenti Donald Trump Rusiya lideri Vladimir Putini Ağ Evə dəvət edib.

Yury Ushakov aprelin 2-də xəbər agentliklərinə bildirib ki, Trump bu dəvəti ötən ay Putinlə telefon söhbəti zamanı edib.

Trump həmin telefon söhbətində Putini seçki qələbəsi münasibətilə təbrik etdiyinə görə ABŞ mediasında kəskin tənqid edilmişdi.

Trump administrasiyasının sözçüsü Sarah Sanders deyib ki, Ağ Ev görüş üçün müzakirə edilən yerlərdən biri idi.

Sanders bildirib ki, prezident Trump bu telefon danışığından sonra verdiyi bəyanatda Putinlə “çox da uzaq olmayan gələcəkdə” görüşəcəyini deyib.

Bu telefon zəngi ABŞ-da geniş ziddiyyətə səbəb olmuşdu, çünki müşavirləri Trump-a Putinə zəng etməməyi məsləhət görmüşdülər.

Bu xəbərdarlıqlara baxmayaraq Trump Putinə zəng edib.

Lakin bu telefon söhbətindən altı gün sonra ABŞ Rusiyanın 60 diplomatını persona non grata elan etmişdi.

Bu tədbir Britaniyada keçmiş Rusiya casusu Sergey Skripalın zəhərlənməsinə cavab olaraq görülmüşdü.

Rəsmi London Skripalın zəhərlənməsində Rusiyadan şübhələnir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG